Modern.az

“Elektron Təhsil” respublika müsabiqəsi başlayır  

“Elektron Təhsil” respublika müsabiqəsi başlayır   

Aktual

31 Avqust 2017, 10:37

Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür.

 “Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı //musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır