Modern.az

BBC Vasif Talıbovun məşhur sərəncamından YAZDI

BBC Vasif Talıbovun məşhur sərəncamından YAZDI

Aktual

31 Avqust 2017, 11:11

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalaması dünya mətbuatının da gündəminə gəlib.

 

Modern.az saytının xəbərinə görə, Böyük Britaniyanın nüfuzlu BBC korporasiyası qeyd edib ki, Vasif Talıbovun Makiavellinin “Hökmdar” əsərini tövsiyə etməsi diqqət çəkir.

 

Bildirilib ki, Vasif Talıbovun sərəncamı o deməkdir ki, tövsiyə etdiyi 30 kitab hər bir məktəbə, kitabxanaya, mədəniyyət müəssisəsinə göndərilməlidir.

 

Qeyd edək ki, Vasif Talıbovun sərəncamı ilə siyahıya aşağıdakı 30 kitab daxil edilib:

 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

 2. "Kitabi-Dədə Qorqud” dastanı

 3. "Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

 4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi”. Poema

 5. "Nizaminin hikmət və nəsihətləri”

 6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri”

 7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri”

 8. Hüseyn Cavid. "Azər”. Poema

 9. Cəlil Məmmədquluzadə. "Hekayələr”

10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm”. Roman

 11. Qurban Səid. "Əli və Nino”. Roman

 12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam”.Poema

 13. "Təmsillər” (uşaq ədəbiyyatı)

 14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

 15. Faruk Sumer. "Oğuzlar”

 16. Rəşidəddin Fəzlullah. "Oğuznamə”

 17. Yusif Balasaqunlu. "Qutatqu bilik”

 18. Teodor Drayzer. "Dahi”. Roman

 19. Cek London. "Həyat eşqi”. Hekayə

 20. Ernest Heminquey. "Qoca və dəniz”. Povest

 21. Nikolo Makiavelli. "Hökmdar”

 22. Gi de Mopassan. "Gombul”

 23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə”

 24. Nikolay Ostrovski. "Polad necə bərkidi”. Bioqrafik roman

 25. Moris Meterlink. "Arıların həyatı” və "Göy Quş” əsərləri

 26. "Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

 27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri”. (Təmsillər)

 28. "İslamda müdrik kəlamlar”

 29. Sədi Şirazi. "Gülüstan”

 30. Eynəli bəy Sultanov. "Məqalələr

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir