23 fevral 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Qadının qadına, kişinin kişiyə aşiq olmasının SİRRİ
Qadının qadına, kişinin kişiyə aşiq olmasının SİRRİ
31.08.2017, 11:23

Uzun müddətdir ki, homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1973-cü ildən “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər sırasında görünmədi. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Hazırda da həmin insanların haqları müdafiə edilir.

Bəlkə də bu səbəbdən son zamanlar bu tip insanların sayında artım müşahidə edilir.

Maraqlıdır, kişinin və ya qadının öz cinsinə qarşı olan istəyinin səbəbi nədir? 

 

İnsanlar arasında homoseksualların konsentrasiyası  min il əvvəl də eyni  idi...

 

Seksopatoloq Həsən Səmədov mövzu ilə bağlı Modern.az-a bildirib ki, bu cür insanların sayında artımdan söz gedə bilməz. Onun sözlərinə görə, əvvəl vəziyyət necə idisə, indi də elədir:


“Min insana düşən homoseksualizm probleminin sayı dəyişməz olaraq qalır. Bu rəqəm heç vaxt artmayıb. Sadəcə, son zamanlar informasiya texnologiyalarının inkişafı, internetin meydana gəlməsi, senzurasız və azad cəmiyyətin formalaşması homoseksual insanlara tam rahatlıq verib. Onlar artıq gizli deyil, açıq-aşkar öz həyatlarını yaşayırlar. Nəticə olaraq, bu da insanlarda homoseksualların sayının artdığı düşüncəsi yaradır. İnsanlar  düşünə bilər ki, Sovet vaxtı bu cür insanlar yox idi. Amma sübut olunub ki, insanlar arasında homoseksualların konsentrasiyası  min il əvvəl də eyni  idi. Burada heç bir say artımından söhbət gedə bilməz.

Tarixi faktlar göstərir ki, homoseksualizm daha qədimə gedib çıxır. Bəzi dövrlərdə müəyyən cəmiyyətlərdə bu insanlara münasibət birmənalı deyildi. Hətta öldürülür və ya yandırılır, qəbilədən uzaqlaşdırılırdı. Makedoniyalı İsgəndərin vaxtında, qədim Misirdə, hətta Hindistanda da homoseksualların öz yaşam tərzi olub”.

Homoseksualizm nədən yaranır və bunun səbəbi nədir?

H.Səmədov homoseksuallarla bağlı insanların yanlış düşüncədə olduğunu bildirib:

“Bu istiqamətdə əksər həkimlər və insanların yanlış düşüncələri mövcuddur. Hər kəs homoseksuallarda hormon probleminin olduğunu fikirləşir. Guya həmin insanlarda qadın hormonu estrogen, estradiol və kişi hormonu testesdoronun balansı pozulub. Tutaq ki, kişidə testestoron azdır, estrogen çoxdur və bu, həmin insana qadın xüsusiyyətləri verir. Əslində isə bu qətiyyən belə deyil. Homoseksualizm psixoloji şüuraltı, mənlik hissinin standart olmayan differensiasiyadır. Söhbət cinsiyyət identifikasiyadan gedir.

Homoseksualizm kişinin kişiyə və ya qadının qadına olan istəyidir. Hamı bilir ki, bu, sadəcə heyvani münasibət deyil və psixoloji tərəfləri var. İki yaşından sonra uşaqlarda mənlik, düşüncə hissinin tanınması baş verir. Eyni zamanda cinsi identifikasiya formalaşır.

Məsələn, iki yaşında olan oğlan uşağı anasının əşyalarından istifadə edir: anasının dodaq boyası və ya digər makyaj vasitələri ilə oynayır. Bəzən görürsünüz ki, bacısının paltarlarını geyinir. Düşüncənin dərinliyində insan özünü tanımağa başlayır. Məsələn, uşaqlar əli, ayağı ya da digər bədən üzvləri ilə oynayır. Artıq həmin vaxt onlar dərk edir ki, bu mənim əlimdi, burnumdu və ya digər orqanlarımdır. Həmçinin cinsi identifikasiyası formalaşmağa başlayır. Yəni mən oğlanam və ya qızam. Mən atam kimi olmalıyam, yoxsa anam kimi olmalıyam. Cinsi identifikasiya formalaşandan sonra insan kişi cinsinə aid olmasına baxmayaraq şüuraltı olaraq özünü qadın cinsinə aid hiss edə bilər. Onlar bu problemi təbiətin səhvi adlandırır. O cümlədən bu problemin aradan qaldırılmasını istəmirlər”.

Homoseksuallarda cinsi hormonlar və digər fizioloji xüsusiyyətlər dəyişmir...

Seksopotoloq qeyd edib ki, bu insanların konkret müalicəsi yoxdur:

“Homoseksuallar fərqli düşüncəyə sahib olsalar da, onlarda bütün cinsi hormonlar və digər fizioloji xüsusiyyətlər dəyişməz olaraq qalır. Bu xüsusiyyətlər normal insanlarda necədirsə, homoseksuallarda da elədir. Sadəcə şüuraltında öz cinsini tanıma funksiyası pozulub. Bu səbəbdən bu insanları xəstə adlandırmaq olmaz.

Kişi və ya qadın niyə özünü olduğu kimi hiss etmir və başqa cinsə aid edir? Bunun dəqiq səbəbi məlum deyil. Bütün dünyada müxtəlif fikirlər olsa da, yekdil qərar yoxdur. Bu səbəbdən konkret müalicə də yoxdur. Həmçinin, burada psixoloji müalicədən də söhbət gedə bilməz. Bir adam həkimlə əməkdaşlıq etmir və özünü normal sayır, başqa cinsə aid olduğunu düşünürsə, bu zaman  heç bir müalicə mümkün deyil.

Digər tərəfdən öz orqanını tanımama xəstəliyi var. Bu, psixoloji yox, psixi xəstəliklər sırasına daxildir. Məsələn, həmin insanlar deyir ki, burnum mənim deyil, əlavə bir şeydi və gec-tez hansısa yolla burnunu kəsdirir. Ehtimal olunur ki, cinsi identifikasiyanın pozulması bu tip xəstəliklərə yaxındır. Buna aid bir misal çəkim. Amerikada bir gənc ayağının aşağı hissəsinin ona aid olmadığı düşünür və həkimlərə müraciət edir. Təbii ki, tibbi personal əməliyyatdan imtina edən vaxt həmin gənc ayağını maye azotun içinə salır. Bilirsiniz, maye azot mənfi 198 dərəcə temperaturdu. Ayaq ani donur və orada heç bir hissiyat olmur. Bu zaman o, öz ayağını balta ilə kəsir. Həmin insan ayağı olmadığı halda özünü xoşbəxt hiss edir. Güman edilir ki, bu tip xəstəliklərlə homoseksualizmin qohumluğu ola bilər və hər iki xəstəliyin də müalicəsi yoxdur”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN
23.02.2018, 22:27

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir
23.02.2018, 22:15

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb   
23.02.2018, 21:59

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb  

Azərbaycanda bu sahələrdə artıma nail olunub
23.02.2018, 21:48

Azərbaycanda bu sahələrdə artıma nail olunub

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto
23.02.2018, 21:34

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto

Suriyada xəstəxana raket atəşinə tutuldu
23.02.2018, 21:21

Suriyada xəstəxana raket atəşinə tutuldu

Bakıda İran Kino Günləri başladı
23.02.2018, 21:07

Bakıda İran Kino Günləri başladı

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək
23.02.2018, 20:55

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək

Bu yollarda təmir yekunlaşdı - Fotolar
23.02.2018, 20:41

Bu yollarda təmir yekunlaşdı - Fotolar

Zakir Həsənov Belarusda medal aldı
23.02.2018, 20:26

Zakir Həsənov Belarusda medal aldı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
23.02.2018, 20:15

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Bir həftədə 200 şagird və müəllim müayinə olunub
23.02.2018, 20:01

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23.02.2018, 19:51

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Uşağa qulluğa görə verilən müavinət də artırıldı
23.02.2018, 19:00

Uşağa qulluğa görə verilən müavinət də artırıldı

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb
23.02.2018, 18:56

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
23.02.2018, 18:46

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı
23.02.2018, 18:42

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
23.02.2018, 18:37

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib
23.02.2018, 18:34

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23.02.2018, 18:27

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
23.02.2018, 18:18

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb
23.02.2018, 18:08

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb

Kadırov Stalinin goruna söydü
23.02.2018, 17:59

Kadırov Stalinin goruna söydü

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  
23.02.2018, 17:45

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”    
23.02.2018, 17:30

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”  

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
23.02.2018, 17:29

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir

Erməni əsgər yaralanıb
23.02.2018, 17:28

Erməni əsgər yaralanıb

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
23.02.2018, 17:12

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR
23.02.2018, 17:10

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi
23.02.2018, 17:06

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir   
23.02.2018, 17:05

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir  

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib
23.02.2018, 17:03

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib

Binəqədidə Xocalı şəhidləri anıldı
23.02.2018, 17:02

Binəqədidə Xocalı şəhidləri anıldı

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI
23.02.2018, 16:58

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb
23.02.2018, 16:56

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.8%)
“Neptun” marketləri(2.70%)
“Favorit” marketi(6.75%)
“Makromarket”(2.70%)
“Bizim market”(1.35%)
“Rahat market”(2.70%)
“Bravo” marketləri(10.8%)
“Oba market”(9.45%)
Heç biri - digər mağazalar(36.4%)