Modern.az

Məmurlar işıqpulu vermək istəmir

Məmurlar işıqpulu vermək istəmir

İqtisadiyyat

31 Avqust 2017, 12:06

Bəzi məmurlar elektrik enerjisinə görə  yaranan borcları verməkdən boyun qaçırır.

Əldə etdiyimiz məlumata görə, onlar borcları vaxtında vermədiklərinə görə, kifayət qədər böyük məbləğdə vəsaiti “Azərişıq”a ödəməlidirlər.

 

Bildirilir ki, “Azərişıq”ın əməkdaşları əməkdaşları heç bir halda onların ödəniş etmələrinə nail ola bilmir.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a açıqlamasında irəli sürülən fikirlərlə razılaşmayıb:

 

“Bizim abonentlərimiz nümunəvi, intizamlıdırlar. Heç kim deyə bilməz ki, böyük məbləğdə borclu abonentimiz var. Heç bir problem yoxdur”.

 

Qurum rəsmisi hətta abonentlərə vaxtlı-vaxtında ödəniş etdikləri üçün təşəkkür də edib.

 

Tarif Şurasının 2016-cı il 28 noyabr tarixlində keçirilən iclasında əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib.

 

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə 1 kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılıb.

 

Həmin il dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır