Modern.az

Xankəndi azərbaycanlılarının sayı neçə nəfərdir...  

Xankəndi azərbaycanlılarının sayı neçə nəfərdir...   

Hadisə

31 Avqust 2017, 14:00

1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşdi. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Keçmiş SSRİ dövründə Xankəndidə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. Muxtar vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilb.
Son nəticədə aparılan təcavüzkar siyasət Xankəndinin erməni işğalı altına düşməsilə nəticələndi.


1988-ci il hadisələri başlayanda Xankəndidə erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdı. 1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizmi sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndidən qovmağa nail oldu. Və şəhərin işğalı tam başa çatdırıldı.


O zaman isə Xankəndidən qovulan bəzi şəxslərin sənədləri itib-batdı. Maraqlıdır, Xankəndidən olan azərbaycanlıların pasportları qalırmı? Hazırda Xandəndi məcburi köçkünlərinin sayı bilinirmi?

 

Məsələ ilə bağlı Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən seçilən deputatı Flora Qasımova Modern.az-a danışıb.

 

Flora Qasımova bildirib ki, Xankəndinin adı heç bir sənəddə qeyd olunmur.

“Çox az azərbaycanlı ola bilər ki, vaxtilə onların sənədlərində harada doğulduğu və qeydiyyat yeri Xankəndi yazılıb.
Hazırda işğal altında olan Xankəndinin Azərbaycanda icra strukturu olmadığına görə, qeydiyyat məsələləri Xocalı rayon İcra Hakimiyyətinə tapşırılıb. Xankəndidən olan azərbaycanlıların ailəsində yeni dünyaya gələnlərin doğulduğu yer və qeydiyyatı Xocalı rayonu kimi yazılır.
Yəni Xankəndidən məcburi köçkün olanların heç bir sənədində qeydiyyat yeri Xankəndi yazılmır. Bu bizim ən ağrılı yerimizdir”.


Depuat bildirib ki, vaxtilə pasportuna Xankəndi sözü yazılanların da dəqiq sayı bilinmir.

“O vaxt gələnlərin əksəriyyətini məcbur ediblər ki, burada qeydiyyata düşsünlər. Qeydiyyata düşəndən sonra isə harada məskunblaşıbsa, sənədlərindəki qeydiyyat yerinə də oranı yazıblar. Ona görə də Xankəndidən olan azərbaycanlıların sayı haqqında dəqiq məlumat yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?