Modern.az

Cəlilabadda toyda kütləvi dava

Cəlilabadda toyda kütləvi dava

Aktual

31 Avqust 2017, 23:00

Cəlilabadda toyda kütləvi dava baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.

R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur. Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir