Modern.az

Sərnişinlər metrodakı havasızlıqdan şikayətçidir - VİDEO

Sərnişinlər metrodakı havasızlıqdan şikayətçidir - VİDEO

Aktual

1 Sentyabr 2017, 00:56

Sərnişinlər metro stansiyalarında havalandırma sisteminin yaxşı vəziyyətdə olmamasından şikayətçidirlər. Əsasən də havaların isti keçdiyi bu günlərdə problem daha da kəskinləşir. Modern.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, nəinki vaqonlarda, hətta tunellərdə belə havasızlıq olur. Qatarların pəncərələri açıq olmasına baxmayaraq, yenə də içəridə havasızlıq yaranır. Nəticədə bir çox sərnişin metrodan deyil, yerüstü ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır.

 

"Bakı Metropoliteni'' Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də qatarlarda havasızlığın olduğunu təsdiqlədi. Onun sözlərinə görə, köhnə qatarlarda kondisioner sistemi yoxdur və quraşdırılması da mümkünsüzdür. Çünki qatarları istehsal edən müəssisə istehsal zamanı kondisionerlərin quraşdırılmasını nəzərdə tutmayıb. Ancaq tunellərdə xüsusi avadanlıqlar vasitəsilə havalandırma yaradılır.

 

Nəsimi Paşayev bəzi metro stansiyalarında havalandırma sisteminin elektrik enerjisinə görə işlədilməməsi iddiasına da aydınlıq gətirdi.

 

Qurum rəsmisi bildirdi ki, köhnə qatarlar istifadə müddətini bitirdikcə onlar daha müasirləri ilə əvəz olunacaq.

 

Qeyd edək ki, hazırda metropolitendə 5 vaqondan ibarət 3 yeni qatar istifadədədir. Bu qatarlarda müasir kondisioner sistemi quraşdırılıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir