Modern.az

ABŞ Əfqanıstana əlavə qüvvələr yerləşdirir

ABŞ Əfqanıstana əlavə qüvvələr yerləşdirir

1 Sentyabr 2017, 09:00

ABŞ Əfqanıstana əlavə qüvvələr yerləşdirəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon rəhbəri Ceyms Mettis Əfqanıstana əlavə qoşunların göndərilməsi haqqında fərman imzaladığını bildirib.

Mettis belə bir fərman imzaladığını, amma bunun son olmadığını qeyd edib: "Başqa sözlərlə, mən qoşunların göndərilməsi haqqında fərmanlar imzalamışam və hazırda qoşunların növləri müəyyənləşdirilir. Əlavə kontingentin göndərilməsi əfqan ordusuna daha uğurlu mübarizə aparmaq imkanı yaradacaq". 

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min əsgərin göndərilməsini nəzərdə tutan  fərman imzalayıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir