Modern.az

Qəbələdə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - Yenilənib

Qəbələdə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - Yenilənib

Aktual

1 Sentyabr 2017, 12:42

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a  verilən məlumata görə, isti və küləkli hava şəraiti alovun söndürülməsinə çətinlik yaradır. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edib.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canlı qüvvəsi və texnikası ilə yanaşı helikopter də cəlb olunub.

 

11:23

 

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən son məlumata görə, yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonu çatmış və söndürmə işlərinə başlanıb.

 

 

09:14

 

 

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri söndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi