Modern.az

Məscidlərdə bayram namazı qılındı

Məscidlərdə bayram namazı qılındı

Aktual

1 Sentyabr 2017, 09:48

Bu gün Bakının Təzəpir və Əjdərbəy məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb və xütbələr oxunub. Modern.az APA-ya istinadən xəbər verir ki, hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

 

Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

 

Qeyd edək ki, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı