Modern.az

“Qarabağ” millinin oyunçusunu heyətinə qatdı

“Qarabağ” millinin oyunçusunu heyətinə qatdı

1 Sentyabr 2017, 10:48

“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Modern.az APA-ya istinadən xəbər verir ki, ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

 

Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb.

 

Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

 

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi