Modern.az

"Azərbaycanla əməkdaşlığa mühüm yer veririk"- Təbrizin bələdiyə sədri  

Aktual

1 Sentyabr 2017, 10:59

İranda səfərdə olan Azərbaycan jurnalistləri Təbrizin müvəqqəti bələdiyə sədri Məhəmmədhüseyn İshaqi ilə görüşüblər. Modern.az-ın Təbrizə ezam olunan əməkdaşı xəbər verir ki, səfər haqqında jurnalist Tahir Aydınoğlu məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd gələn il Təbrizin İslam-turizm paytaxtının seçilməsi ilə bağlı iki ölkə arasında turizm sahəsində əlaqələri daha da genişləndirməkdir.

 

M. İshaqi isə jurnalistlərin səfərindən məmnun olduğunu deyib. O, Təbrizin tarixi, görməli yerləri barədə görüş iştirakçılarına məlumat verib.

M. İshaqi deyib ki, 2018-ci ildə Təbrizin islam ölkələrinin paytaxtı seçilməsi də şəhərin əhəmiyyətini göstərir.

 

Bələdiyyə sədri iki ölkə arasındakı münasibətlərdən də danışıb: "Biz Azərbaycanla əməkdaşlığa mühüm yer veririk. Çünki Bakı çox müasir, inkişaf edən şəhərdir. Arzumuz budur ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf etsin".

 

Sonra Təbriz Parlamentinin sədri Şakur Əkbər Nicat çıxış edib. O, iki ölkə vətəndaşlarının bir-birilə ilə tarixi kökə malik olduğunu deyib.

 

Görüşdə Təbriz şəhər parlamentinin rəisi və üzvləri də iştirak ediblər.

 

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub