Modern.az

Bu gün Azərbaycan yığması Norveçlə qarşılaşacaq

Bu gün Azərbaycan yığması Norveçlə qarşılaşacaq

1 Sentyabr 2017, 14:36

Bu gün Dünya Çempionatı 2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək. Modern.az xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma olacaq.

Azərbaycan yığma komandası səfərdə Norveçlə  qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.

Ardıcıl üç məğlubiyyət alan yığmamız uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Ümid etmək istərdik ki, komandamız Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymağa çalışacaq.

Yeri gəlmişkən, komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb.

Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki dünən keçirilən mətbuat konfransında deyib ki, rəqib komandada baş məşqçi dəyişikliyi olub: “Norveç millisi revanş qazanmaq istəyəcək. Rəqibin Çexiya ilə oyununu analiz etmişik və onlar güclü təsir bağışlayırlar. Azarkeşləri maraqlı oyun gözləyir”.

 

Onu da qeyd edək ki, mətbuat konfransından sonra Norveç-Azərbaycan oyununun keçiriləcəyi Oslodakı “Ullevaal” stadionunda millimizin açıq məşqi təşkil olunub. Məşqin ilk 15 dəqiqəsi açıq olub. Onu AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da izləyiblər.

 

Qeyd edək ki, oyun bu gün axşam Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir