Modern.az

Təbrizin icra başçısı : “İstəyirik ki, Təbrizin gözəlliyindən bütün Azərbaycan xəbər tutsun”

Təbrizin icra başçısı : “İstəyirik ki, Təbrizin gözəlliyindən bütün Azərbaycan xəbər tutsun”

1 Sentyabr 2017, 15:28

İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətivar görüşüblər.

 

Modern.az-ın Təbrizə ezam olunmuş müxbirinin  xəbərinə görə, Rəhim Şöhrətivar qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə "İslam ölkələrinin turizm paytaxtı" elan olunduğunu bildirərəl 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: “Bütün bunlar təsadüfi deyil. Bizim tariximiz, mədəniyyətimiz və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib”.

 

İcra başçısı deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir.

 

"Biz çalışmalıyıq ki, bu münasibətləri genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Bizim istəyimiz odur ki, Azərbaycan hökuməti İran vətəndaşlarından gələnlərdən viza almasın, bununla da İrandan Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbriz tarixi və görməli yerlər baxımından çox zəngindir. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar”.

 

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı