Modern.az

Britaniyalı qadınlar ön xətdə də xidmət edəcək

Britaniyalı qadınlar ön xətdə də xidmət edəcək

Dünya

1 Sentyabr 2017, 16:32

Böyük Britaniya qadınlar Hərbi-Hava Qüvvələrinin bütün birləşmələrində xidmət apara biləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya buna icazə verən ilk ölkə olub. Qadınların düşmənlə təmas xəttində yerləşən bölgələrdə xidmət etməsi barədə qərarı isə ötən il keçmiş Baş nazir Devid Kemeron verib. 1 sentyabr tarixindən etibarən Britaniya Hərbi-Hava Qüvvələrinin yerüstü birləşmələrinə qadınların xidmət aparması ilə bağlı müraciətlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, bu ilin iyul ayında Müdafiə naziri Maykl Fellon qərarın sentyabrın əvvəlində qüvvəyə minəcəyini açıqlamışdı. Yerüstü birləşmələrin əsas vəzifəsi Britaniya hərbi-hava qüvvələrinə məxsus bazalarının təhlükəsizliyini təmin etməkdir. Hazırda qadınlar Britaniya hava qüvvələrinin təxminən 10 faizini təşkil edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!