Modern.az

Sarkisyan Azərbaycanın işğal olunmuş ərazisinə gəldi

Sarkisyan Azərbaycanın işğal olunmuş ərazisinə gəldi

1 Sentyabr 2017, 17:37

Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər. Modern.az APA-ya istinadən xəbər verir ki, yol “Hayastan” erməni fondu tərəfindən 2013-2014-cü illərdə keçirilən telemarafonlar vasitəsilə toplanan vəsait hesabına inşa olunub. S. Sarkisyan və B. Saakyan daha sonra Dadivank kilsəsində olublar və şam yandırıblar. Onlar Əsgəranda açılmış şərab zavoduna da baş çəkiblər. 

 

S. Sarkisyan sentyabrın 2-də Xankəndində separatçı rejimin 26 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir