Modern.az

“Aprel şəhidi”inin 20 yaşı qeyd edildi - FOTOLAR  

“Aprel şəhidi”inin 20 yaşı qeyd edildi - FOTOLAR   

Aktual

1 Sentyabr 2017, 20:03

Bu gün Şəmkir rayonunun ictimaiyyəti ötən ilin aprel ayında canını Vətən yolunda qurban verən Şəmkirin Düyərli kəndində doğulub boya-başa çatan Altun Dəmirlinin 20 yaşını böyük tənətənə ilə qeyd edib. 

Modern.az saytı xəbər verir ki, Şəmkir rayonunun İcra Hakimiyyətinin, Şəmkir rayon İdman Cəmiyyətinin təmsilçiləri, Düyərli kəndinin icra nümayəndəsi,  Düyərli kəndindəki 2 saylı  məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyəti şəhidin doğulduğu evindəki güşəsinə gül-çiçək dəstələri qoyublar.

Daha sonra tədbir şəhidin dəfn olduğu qəbristanlıqda davam edib. Məktəblilər  şəhdin məzarı üstə vətənpərvərlik və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirib, öz çıxışlarında Altun kimi saf, qeyrətli və məğrur bir igidin onların həyat idealı olduğunu söyləyiblər. 

Digər çıxış edənlər “Aprel şəhidləri”nin Azərbaycanın qəhrəmanlıq tarixinə yazdıqları silinməz izdən danışıblar. 
Altun Dəmirli yaşasaydı bu gün  20 yaşını qeyd edəcəkdi.

İndi  Vətən torpaqları uğrunda canından keçən şəhidlərimiz aramızda cismən olmasalar da, ruhən daim bizimlədirlər. Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!