Modern.az

“Qəbələ”nin futbolçusu Çexiyada oynayacaq

“Qəbələ”nin futbolçusu Çexiyada oynayacaq

1 Sentyabr 2017, 22:46

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. Klubdan Modern.az-a verilən məlumata əsasən, "Qəbələ"nin və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu “Slaviya” komandasına keçib.

 

O, Praqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

 

Fəridin yeni komandası zəngin tarixə malik klubdur. 1892-ci ildə yaradılan Praqa təmsilçisi 13 dəfə Çexoslovakiya, 4 dəfə Çexiya çempionu olub. Ötən mövsümdə də bu titula yiyələnən komanda həm də ölkə kubokunun7 qat sahibidir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır