Modern.az

“Qarabağ” Norveç millisinin üzvünü heyətinə qatıb

“Qarabağ” Norveç millisinin üzvünü heyətinə qatıb

Aktual

1 Sentyabr 2017, 23:23

“Qarabağ” klubu yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.  Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandamız Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

 

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!