Modern.az

Azərbaycan futbolçuları Norveçə məğlub oldu - Yenilənib

Azərbaycan futbolçuları Norveçə məğlub oldu - Yenilənib

2 Sentyabr 2017, 00:43

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, oyunun 59-cu dəqiqəsində millimizin qapısına vurulan top Rəşad Sadıqova dəyərək tora daxil olub. Beləliklə, oyun Norveç yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

 

23:41

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, yığmamız oyuna bu heyətlə çıxıb:

 

Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov (k), Cavid Hüseynov, Mahir Mədətov, Riçard Almeyda

 

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Renat Dadaşov, Ruslan Qurbanov, Ramil Şeydayev, Ruslan Abışov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Tərlan Quliyev, Əfran İsmayılov

 

 

Norveç: Rune Yarsteyn, Haytam Alisami, Yorgen Şelvik,  Hovard Nordtveyt, Coşua Kinq, Stefan Yohansen (k), Aleksander Serlot, Mohamed Elyunussi, Sander Berqe, Yunas Svensson, Mats Meller-Deli

 

Ehtiyat oyunçular: Sten Qrutrbust, Andre Hansen, Siqurd Rosted, Qustav Valsvik, Tarik Elyunussi, Anders Tronnsen, Omar Elabdellaui, Martin Linnes, Byorn Yansen, Birqer Melinq, Yo-İnqe Berqet

 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 32-ci dəqiqəsində millimiz qapısında qol görüb. Komandamızın qapısına təyin edilən penaltini Norveçin oyunçusu Coşua Kinq dəqiq yerinə yetirib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı