Modern.az

Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq

Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq

Aktual

2 Sentyabr 2017, 00:28

Sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, axtarışlar diplomatik missiyanın əməkdaşlarının mənzillərində də aparılacaq.

“ABŞ tərəfindən Rusiya qarşı tətbiq edilən məhdudiyyətlər vətəndaşlarımızın təhlükəsizliyinə birbaşa təhlükə yaradır”, deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək  ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür