Modern.az

Müdafiə Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının planını ifşa etdi

Müdafiə Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının planını ifşa etdi

2 Sentyabr 2017, 09:52

Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

 

Bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirlik qeyd edib ki,  Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar.

 

“Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”-deyə Müdafiə Nazirliyi bəyan edib.

 

Qeyd edək ki, Ermənistan tərəfinin dezinformatorları Giləzidə sursat anbarında baş vermiş partlayışın "səbəbi" barədə bəhs edən saxta məlumatlar yayırlar. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı