Modern.az

Deputat 5 ton ət payladı - FOTO

Deputat 5 ton ət payladı - FOTO

Aktual

2 Sentyabr 2017, 10:08

Müsəlman dünyası müqqədəs Qurban bayramını qeyd edir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Maştağada da böyük tədbir keçirilib.

 

Minlərlə ailələrə qurban əti verilib. Sabunçu rayonunun deputatı Eldar Quliyevin təşkil etdiyi Qurban bayramı tədbirində ictimaiyyət adamları, rayonun ağsaqqalları, din xadimləri iştirak edib. Maştağa, Nardaran, Bilgəh, Zabrat və s. Bakı kəndlərinin sakinlərinin inanc sahibləri olduğunu qeyd edən E.Quliyev bildirib ki, sovet zamanı bu kəndlərdə yalnız Qurban bayramı deyil, digər müsəlman bayramları da qeyd edilib:

“Bununla demək istəyirəm ki, bizim insanlar hər zaman adət-ənənələri, dinimizi qoruyub saxlayıblar. Qurban bayramı müsəlman aləmində ən böyük bayramlardan biridir. Bu bayram zamanı müsəlmanlar Həcc ziyarətinə gedərdilər”.

 

E.Quliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox sahələrdə azadlıq qazandığımız kimi bayramlarında qeyd olunmasında tam azadlıq əldə edilib:

 

“Parlamentdə bununla bağlı qanun qəbul elədikdən sonra bu bayramlar daha geniş şəkildə qeyd olunmağa başladı. Qurban bayramı müsəlman aləminin ən gözəl bayramlarından biri sayılır. Bizim bölgədə dini bayramlar yüksək səviyyədə təşkil olunur. İnsanlara bayram sovqatı verilir. Bu il keçən ilə nisbətən qurbanlıq paylarının sayını artırmışıq.

 

Ölkəmizdə prezidentimizin apardığı uğurlu siyasət nəticəsindəyoxsulluğunh səviyyəsi getdikcə aşağı düşür.. Amma bununla yanaşı az təminatlı ailələrimiz var ki, onlar üçün də biz müəyyən şeyləri düşünmüşük.

 

Biz bu il Qurban payı üçün 5 ton qoyun və mal əti nəzərdə tutmuşuq ki, bu da hərəsinə 2 kilo olmaqla 2500 ailəyə paylanılacaq. Eyni zamanda əlillərə, xəstələrə və şəhid ailələrinə qurban əti maşınnan evlərə aparılır. Camaat da bu təşəbbüsə görə ölkə prezidentinə minnətdarlığını bildirirlər. Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Bizim nəsil indiyə qədər imkanı daxilində insanlara əl tutub, kömək edib. Bu bayram payı da həmin ənənənin davamı kimi qiymətləndirilməlidir. Bayram payının alınmasında qardaşlarımın xüsusi əziyyəti var. Onlar iş adamlarıdırlar və belə tədbirlərdə mənə dəstək dururlar. Maştağa qəsəbəsinin əhalisi 79 mindən çoxdur. Bəzi insanlar var ki, bura yeni köçüblər heç qeydiyyatları da yoxdur, amma biz onları da nəzərə almışıq. Çünki onlar bizim sakinlərdir. Biz onları da yaddan çıxarmamışıq. Siyahı təşkil olunub və onlarda qurban payı veriləcək. Qəsəbədəki Cümə Məscidində sakinlərlə görüşüb qurban əti paylanılacaq. Nardaran, Zabrat və Bilgəh kəndlərinin camaatına da qurban payı paylanılacaq. Aztəminatlı ailələri hər zaman sevindrimək lazımdı. Mən hər il imkan daxilində bu ailəri sevindirmək istəyirəm. Ehtiyacı və əziyyəti olan insanlara da qurban payı verilir”.

 

Maştağa sakini Hacı Adil Mərkidaroğlu Qurban bayramı münasibətilə xalqımızı təbrik edərək, hər il belə bir təşəbbüsü gerçəkləşdirdiklərinə görə ölkə prezidentinə, Mehriban Əliyevaya və deputat Eldar Quliyevə öz minnətdarlığını bildirdi:

 

“Mən də bir Məştağa sakini kimi cənab prezidenti bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Bu gün deputatımız da bizlərlə birgə bu müqəddəs bayramımızı qeyd edir. Şəxsən özü sakinlərə yaxından maraqlanır və onlara qurbanlıq ətlərin verilməsində iştirak edir”. Digər Maştağa sakini isə bildirib ki, onlar hər il bayramlarda deputatları tərəfindən belə diqqət görürlər: “Maştağada sakinlərə bütün bayramlarda bayram tədarükləri görülür. Bizə hər il belə diqqət ayırırlar. Bayramlarda bizlərə qurban payı paylanır. Deputatımız da şəxsən özü bizlərin yanında olur.

 

İstər Maştağa, istərsə də digər kəndərimiz olsun biz Prezidentimizlə, deputatımızla fəxr edirik. Deputatmız hər zaman bizim problemlərimzlə maraqlanır və aztəminatlı ailələrə yardımlar edir. Müraciətlərimiz tezliklə həllini tapır. Hər bazar günü bizləri qəbul edir, əllillərə, yoxsullara əlindən gələn köməyi göstərir”.

 

Sonra Eldar Quliyevin iştirakı ilə Maştağalılara Qurban payı paylandı. Ətraf kəndlərə də Qurban əti göndərildi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür