Modern.az

Qəbələdə meşə yanğınları davam edir

Qəbələdə meşə yanğınları davam edir

2 Sentyabr 2017, 11:09

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az- a verilən məlumata görə, yüksək dağlıq ərazidə baş vermiş yanğının havanın isti və küləkli olması səbəbindən söndürülməsində çətinliklər yaranıb. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin ətraf rayonlarının yerli qurumlarının əməkdaşları yüksək dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün ciddi səy göstərirlər. Əraziyə helikopterlər cəlb olunub.

 

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

 

Yanğın 1,5 hektar ərazini əhatə edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı