Modern.az

Soros terrorçu elan edilə bilər

Soros terrorçu elan edilə bilər

2 Sentyabr 2017, 11:55

Milyarder Corc Sorosun terrorçu elan olunması və bütün əmlakının əlindən alınması ilə bağlı Ağ evin saytında yaradılan petisiyanı 100 mindən çox adam imzalayıb.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadla xəbər verir. 

 

"Corc Sorosun qəsdən və daimi əsasda qeyri-sabitlik yaratmağa və ya Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı başqa zorakılıq aktları tətbiq etməyə cəhd göstərdiyini nəzərə alaraq, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi dərhal Corc Sorosu və onun təşkilatının bütün üzvlərini terrorçu elan edib, qanun çərçivəsində onun və onun strukturlarının bütün aktivlərini əlindən almalıdır"- petisiyanın mətnində deyilir.

 

Qeyd edək ki, C.Soros "Soros Fund Management" Fondunun təsisçisidir və dünyanın ən zəngin insanları sırasında yer alır. O, "rəngli inqilablar"ın sponsoru kimi də tanınır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu