Modern.az

Kaliforniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

Kaliforniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

2 Sentyabr 2017, 20:59

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları ilə əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya valisi Cerri Brown meşə yanğınlarının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü açıqlayıb. Kaliforniya qubernatoru Cerri Brown meşə yanğını səbəbiylə əyalətin şimalında fövqəladə vəziyyətin elan edildiyini qeyd edib. Şimal-Qərbi əyalətlərdən olan Montana da yanğın səbəbiylə fəlakət bölgəsi elan edilib. "Harvi" qasırğası səbəbilə Texasda yaşanan fəlakətdən sonra ştatın qərb hissəsində, 56 fərqli bölgədə yanğınla mübarizə aparılır. Kaliforniyada, Nevada, Oregon və Montanada 25-dən çox xilasetmə qrupu meşə yanğınını söndürməyə cəlb edilib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI