22 sentyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Bəlkə işığı söndürək...” – Stalinlə opera müğənnisinin yeni il gecəsi başlanan eşq macərası
“Bəlkə işığı söndürək...” – Stalinlə opera müğənnisinin yeni il gecəsi başlanan eşq macərası
02.09.2017, 21:32

“Hər şey Kremldə təşkil olunan Yeni il şənliyindən başlandı. Heç vaxt ağlıma gəlməzdi ki, ölkənin birinci şəxsinin, özü də Stalin kimi bir şəxsiyyətin sevgi və ehtiras hədəfinə çevriləcəm…”

Bunu çox-çox sonralar üç dəfə Stalin mükafatı laureatı, xalq artisti, məşhur opera müğənnisi Vera Davıdova öz xatirələrində etiraf edib.

Modern.az saytı Stalinin uzun illər gizli saxlanılmış eşq macərası haqqında yazını təqdim edir. 

SSRİ-nin ən çətin və mürəkkəb bir dövründə ölkəyə rəhbərlik edən İosif Stalinin fəaliyyəti, iş rejimi nə qədər gərgin olsa da o, öz əyləncəsinə də vaxt tapıb. Rəhbərin əyləncə “menyu”sunda qadınların xüsusi yeri olub. Onun hələ gənc yaşlarından qadınlara münasibətində fəallığı nəzərəçarpacaq dərəcədə özünü büruzə verib. Dəfələrlə sürgünə göndərilən Stalin hətta Rusiyanın ən ucqar əyalətlərində belə neçə-neçə qadını öz ehtirasının qurbanı etməyi bacarıb.

Ölümündən sonra Stalinin “sevgi” dəftərinə yazılmış çoxsaylı qadınlardan yalnız bir-ikisi cəsarət taparaq xatirələrində Kobanın çox ehtiraslı bir kişi olduğunu söyləyiblər.

Siyasi fəaliyyətində amansız, zalım və diktator adını qazanmış İosif Stalin qadınlara münasibətdə də zülmkar və hədsiz dərəcədə qısqanc olsa da, rəhbərin səmimi, yaxud qeyri-səmimi etirafları da az olmayıb.

Ciddi münasibət göstərdiyi və qarşısında sevgi etirafı etdiyi xanımlardan biri, tanınmış opera müğənnisi Vera Davıdova isə Stalinin həyatında xüsusi yer tutub.

Vera Davıdova ilə Stalinin tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54, Veranın isə 28 yaşı olub. Müğnninin uğurlu çıxışından sonra Stalin ona böyük gül buketi göndərib. Sevincdən gözləri dolan müğənni sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm şıxışına görə Vera Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya Böyük Teatrda işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və digər problemləri həll olunub...

Elə həmin il Kremldə yeni il gecəsində çıxış edəcək incəsənət ustalarının siyahısına Vera Davıdovanın adı da salınıb. Konsert proqramından sonra Vera Davıdova Kremldəki banketə də dəvət alıb. Ona Stalinlə Voroşilovun arasındakı kürsüdə yer göstəriblər. Banket gecədən xeyli keçmişə qədər davam edib. Vera Davıdova getməyə hazırlaşanda paltosunun cibindən “Manejin yanında gözləyin. Sürücü sizi aparacaq. Kağız parçasını isə atmayın” yazılmış kiçik bir kağız parçası tapıb. Vera əvvəlcə kağıza diqqət yetirməsə də sonra yazılanlara əməl edib. Həmin gecə onu Stalinin bağ evinə aparıblar. Vera Davıdova öz xatirələrində həmin günü belə xatırlayıb:

“ Çox həyəcan keçirirdim. İçimdə bir qorxu hissi də var idi. Qonaq otağına daxil olanda Stalin zəhmli səsi ilə məni salamladı və stola dəvət etdi. Stol çox təmtəraqla bəzədilmişdi. Qış vaxtı təzə meyvələrdən tutmuş müxtəlif delekateslər, cürbəcür içkilər, bir sözlə hər şey düşülmüşdü süfrənin üstünə. Böyük məmnunniyyətlə təamların dadına baxdım, şərab da içdim. Özümü nədənsə, bir az sərbəst hiss etməyə başladım. Stol arxasında çox söhbət etmədik. Stalin yalnız onu dedi ki, göstəriş verəcəm hər həftə sizə şərab, ikra, şirniyyat və təzə meyvə-tərəvəz gətirsinlər. Kiçik fasilədən sonra o üzünü mənə tutdu:



- Vera sizinlə söhbətim var, keçək mənim iş otağıma.

 

Biz o biri otağa keçdik. Orada bir divan, bir də yazı stolu var idi. Mən üzümü ona tutub dedim:

- Eşidirəm sizi.


- Bəlkə işığı söndürək, mən işıqda fikirlərimi yaxşı ifadə edə bilmirəm.

 

O mənim rəyimi gözləmədən işığı söndürdü. Artıq bir neçə saniyədən sonra mən onun qucağında idim...”

Beləliklə, Stalinlə Vera Davıdova arasında yeni il gecəsi başlanan eşq macərası düz 19 il davam edib. Stalin dəfələrlə Vera Davıdovanın qarşısında ona ürəkdən bağlı olduğunu etiraf edib. Bu etirafın cavabı olaraq Vera Davıdova da özünü 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan Stalindən əsirgəməyib. Bütün bunlarla yanaşı, Vera Davıdova Stalinin sayəsində çox şeylərə nail olub.

Stalinin vəfatından sonra Vera Davıdova milliyətcə gürcü olan həyat yoldaşı ilə birgə Gürcüstana köçüb.


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
22.09.2017, 00:56

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Minlərlə niderlandlı qadından pisuar etirazı
22.09.2017, 00:43

Minlərlə niderlandlı qadından pisuar etirazı

Hacıqabulda məsciddən oğurluq
22.09.2017, 00:30

Hacıqabulda məsciddən oğurluq

Bu gündən Məhərrəm ayı başlayır
22.09.2017, 00:14

Bu gündən Məhərrəm ayı başlayır

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO
21.09.2017, 23:55

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Azərbaycan nefti bir qədər də bahalaşdı
21.09.2017, 23:29

Azərbaycan nefti bir qədər də bahalaşdı

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib
21.09.2017, 23:16

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib
21.09.2017, 22:33

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN
21.09.2017, 22:19

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Ermənistan parlamentinin deputatları Bakıya gəlib
21.09.2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.3%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.97%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.7%)
- Məhərrəmlık əsl İslama ziddir(31.9%)