22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - İlham Əliyev: “Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur…”  
İlham Əliyev: “Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur…”  
03.09.2017, 14:46

“Həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur”.

Bu fikirləri Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlət başçısı qeyd edib ki, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir.

“Eyni zamanda, bölgələrimizdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.


Prezident deyib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub.

İlham Əliyev bildirib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb.

“Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.

Prezident deyib ki, bu ilin 7 ayında ticarət dövriyyəsinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb:

“Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

 

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur.

"İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa",-Prezident bildirib.

Dövlət başçısı deyib: “Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”. 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb
22.11.2017, 18:37

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

Rusiya Azərbaycana qaz nəql edəcək
22.11.2017, 18:04

Rusiya Azərbaycana qaz nəql edəcək

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22.11.2017, 17:50

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi
22.11.2017, 17:45

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017, 17:40

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu
22.11.2017, 17:33

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
22.11.2017, 17:30

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
22.11.2017, 17:29

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
22.11.2017, 17:25

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”    
22.11.2017, 17:16

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”  

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı
22.11.2017, 17:12

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”
22.11.2017, 17:08

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX
22.11.2017, 17:06

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ   
22.11.2017, 15:31

Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ  

Xəzərdə yenə zəlzələ oldu
22.11.2017, 15:28

Xəzərdə yenə zəlzələ oldu

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

ARXİV