Modern.az

Təbrizin imam cüməsi: “Kənar güclərin aramıza girməsinə icazə verməməliyik”

Təbrizin imam cüməsi: “Kənar güclərin aramıza girməsinə icazə verməməliyik”

3 Sentyabr 2017, 22:06

"Təxminən 20-25 il əvvəl Bakıda olmuşam" 

 

Modern.az-ın Təbrizə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri azərbaycanlı jurnalist heyəti ilə görüşdə İran dini rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imamcüməsi Höccətülislam Seyid Məhəmmədəli Al- Haşim deyib. İmam cümə media nümayındələrini salamlayaraq müqəddəs Qurban bayramı günlərində görüşməkdən şad olduğunu bildirib. O deyib ki, Azərbaycanla İran arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da belə olacaq. 

 

"Düşmənlərimiz hər zaman iki ölkənin arasına girmək istəyiblər, amma buna nail olmayıblar.Bəzi ölkələrin müsəlman Azərbaycanı ilə İran arasında düşmənçilik toxumu səpməsindən narahatlıq hiss edirik. İki müsəlman ümməti arasında təxribat toxumu səpənlərə qarşı jurnalistlər də ciddi mübarizə aparmalıdır". 

 

Al-Haşimi 25-26 il əvvəl Bakıda olduğunu deyib. O bildirib ki, Azərbaycanın İrandakı Fövqəladə və səlahiyyətli səfiri onu yenidən dəvət edib. 

"Bakıda olarkən ətraf kəndlərə də, o cümlədən Nardaranda getmişdim. Çox xoşuma gəldi kəndləriniz".

 

Təbrizin imamcüməsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə də xatirələrini jurnalistlərlə paylaşıb. 

"Azərbaycanın mərhum lideri Heydər Əliyev bu evə gələrək Təbrizin məndən öncəki imam cüməsi Ayәtullah Mәlakuti  ilə görüşüb. hər ikisi rəhmətə gedib - Allah rəhmət eləsin onlara, - o, gedəndən sonra Ayәtullah Mәlakuti deyib ki, mən böyük din adamı gördüm". 

Təbrizin imamcüməsi prezident İlham Əliyevi də təqdir etməyi unutmayıb. Bildirib ki, İrana səfəri zamanı Ali Dini rəhbərlə görüşən Azərbaycanın dövlət başçısı çox xoş təəssüratlar yaradıb.

 

 

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfər olublar. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir