Modern.az

Olimpiada məşğələləri keçirilir

Olimpiada məşğələləri keçirilir

5 Sentyabr 2017, 16:51

Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə olimpiada məşğələlərinə başlanılıb. Məşğələlər sentyabrın 11-dək davam edəcək.  

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məşğələlərə 30-a yaxın bölgədən 100-dək şagird cəlb olunub. Məşğələlər gənc alim və mütəxəssis tərəfindən aparılır. Məşğələlərdə həmçinin, beynəlxalq və respublika fənn olimpiadaları haqqında ətraflı məlumat verilir, suallar cavablandırılır.

 

Olimpiada məşğələlərinin keçirilməsi şagirdlər arasında beynəlxalq olimpiadalara hazırlıq işinin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə yeni tədris ilinə səmərəli hazırlığın həyata keçirilməsi, habelə müvafiq sahələr üzrə alim və mütəxəssislərin istedadlı gənclərlə işə cəlb olunması məqsədini daşıyır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu