20 iyul 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - 5 sentyabr 1960-cı il... Məhəmməd Əlinin Qızıl medalını çaya tulladığı tarix - “Axı mən dilənçi deyiləm” 
5 sentyabr 1960-cı il... Məhəmməd Əlinin Qızıl medalını çaya tulladığı tarix - “Axı mən dilənçi deyiləm” 
05.09.2017, 21:45

1960-cı ilin sentayabrın 5-də Olimpiya oyunlarında Məhəmməd Əli ilk böyük qələbəsini qazanır, bu mötəbər turnirdə o qızıl medala layiq görülür. Qələbə ilə vətənə dönən Məhəmməd Əli özünü göstərmək məqsədilə ağ adamlar üçün nəzərdə tutulan kafelərin birinə gedir. Boynunda qızıl medal, qürur və şəstlə... Sifariş vermək istəyəndə xidmətçi qəbul etmir:

 

- Biz zəncilərə xidmət etmirik.

 

- Axı mən dilənçi deyiləm.

 

Xidmətçi ilə arasında söhbət alınmır və qızıl medallı çempion kafeni tərk edir. Sarsıntı keçirən Məhəmməd Əli Ohayo çayının sahilinə gəlir və qızıl medalını çaya atır.

Modern.az saytı boks kralı Məhəmməd Əli haqqında yazını təqdim edir.

 

“Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür” fikirlərinin müəllifi əfsanəvi boksçu Məhəmməd Əli özünün idman karyerasında mümkün olmayanları mümkün edib.

Əslində onun adı Kassius Marsellus Kleydir. 1964-cü ildə islam dinini qəbul etdikdən sonra o bütün planetdə artıq Məhəmməd Əli adı ilə məhşurlaşıb.

On iki yaşında olarkən həyatında baş verən adi bar hadisə onu idmana gətirib. Belə ki, balaca Kleyin velosipedini oğurlayanda o bu barədə polisə xəbər verib və xahiş edib ki, oğrunu tutub payını vermək lazımdır. Polis işçisi zərərçəkmişdən “payını vermək” ifadəsinin mənasını soruşanda Kley cavab verib ki, yəni yaxşıca əzişdirmək, döymək lazımdır. Onda polis zabiti soruşub:

 

- Sən bunu bacarırsanmı?

 

Bu sual Məhəmməd Əlini düşündürüb və o qərara gəlib ki, hökmən boksla məşğul olacaq.

 

Əfsanəvi boksçu 1960-63-cü illərdə keçirdiyi bütün 19 görüşdə qələbə qazanıb ki, bunlardan 15-i nokautla başa çatıb.

1967-ci ildə Məhəmməd Əli Amerika ordusunda hərbi xidmətə çağırılıb. O, orduda xidmət etməkdən imtina edib. Boks kralı Amerika Birləşmiş Ştatlarının Vyetnama qarşı başladığı müharibəni qətiyyətlə pisləyərək bəyan edib ki, müqəddəs Qurana görə ölkəsi bu mübarizədə haqsızdır. Bu bəyanatdan sonra ABŞ-ın Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alıb və o üç il müddətinə boksdan uzaqlaşdırılıb.

Məhəmməd Əlinin ilk məğlubiyyəti 1971-ci ildə olub. Co Freyzerlə ağır çəkili boksçuların çempion kəməri uğrunda mübarizədə o rəqibinə uduzub. Bu məğlubiyyət ona pis təsir edib və o səbirsizliklə Co Freyzeylə növbəti görüşünü gözləyib. Nəhayət, bu görüş 1974-cü ildə baş tutub ki, Məhəmməd Əli bu döyüşdən qalib çıxıb.

1978-ci ildə Məhəmməd Əlinin SSRİ-yə səfəri baş tutub. Bu səfəri yüksək qiymətləndirən əfsanəvi boksçu sovetlər birliyində həmkarları ilə rinqdə də görüşüb. Məşhur idmançını qəbul edən Leonid İliç Brejnev Məhəmməd Əliyə müəllifi olduğu “Kiçik torpaq” kitabını və saat bağışlayıb. Səfərdən geri döndükdən sonra SSRİ haqqında təəssüratlarını bölüşən Məhəmməd Əli Leonid İliç Brejnev haqqında fikirlərini belə söyləyib:

 

- Mən heç vaxt düşünməzdim ki, Leonid İliç Brejnev bu dərəcədə sadə, mehriban və sakit insandır.

 

Məhəmməd Əli 1981-ci ildə boksu tərk edib. Bunu rəsmi elan etdikdən bir müddət sonra jurnalistlərdən biri ondan soruşub:

- Sizcə müasir boksda nə çatışmır?

 

Məhəmməd Əli gülümsəyərək cavab verib:

- Sualı bir az dəqiq versəydiniz daha yaxşı olardı. Bu sualı belə qoymaq lazım idi ki, boksda kim çatışmır? Mən isə böyük məmnuniyyətlə cavab verərdim ki, Məhəmməd Əli.

 

Məhəmməd Əlinin jurnalistə digər bir cavabı da maraqlı olub. Amerikada baş vermiş 11 sentyabr terror hadisələri ilə bağlı jurnalist soruşub:

- 11 sentyabr terror hadisəsini törədən terrorçularla eyni bir dinə etiqad edəndə özünüzü necə hiss edirsiniz?

- Siz Hitler ilə eyni dinə etiqad edəndə özünüzü necə hiss edirsinizsə mən də elə.

 

Məhəmməd Əli boksu tərk etdikdən sonra ictimai işlərdə fəallıq göstərib. O, 2002-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir qismində Kabildə bir sıra görüşlər keçirib.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Məhəmməd Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalına da layiq görülüb.

Məhəmməd Əli rinqləri dəyişdiyi kimi həyat yoldaşlarını da tez-tez dəyişib. Boks kralının dörd xanımdan iki oğlu, yeddi qızı var. Qızı Leyla 1999-cu ildən atasının yolunu davam etdirərək boksla məşğul olub və dünya çempionu titulunu qazanıb.

Əfsanəvi boksçu uzun illər parkinson xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik onda fiziki çatışmazlıq, yaddaşında və danışığında böyük problemlər yaradıb. Ancaq onun hansı vəziyyətində olmasına baxmayaraq Məhəmməd Əli böyük nüfuz və hörmət sahibi olub. Onun haqqında bir neçə kitab yazılıb və film çəkilib.

Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...   
20.07.2018, 08:31

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...  

Məşhur idmançını kimlər öldürüb?   
20.07.2018, 08:21

Məşhur idmançını kimlər öldürüb?  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.07.2018, 08:15

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI
20.07.2018, 01:07

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

20.07.2018, 00:55

"Neftçi" Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Tramp Putinlə Vaşinqtonda görüşəcək
20.07.2018, 00:44

Tramp Putinlə Vaşinqtonda görüşəcək

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı
20.07.2018, 00:36

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO
20.07.2018, 00:22

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb   
20.07.2018, 00:08

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb  

Azərbaycan nefti cüzi ucuzlaşıb
19.07.2018, 23:50

Azərbaycan nefti cüzi ucuzlaşıb

“Qəbələ” də Avroliqa ilə vidalaşdı
19.07.2018, 23:37

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR
19.07.2018, 23:13

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı
19.07.2018, 22:59

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

Dənizdə batan 3 nəfər xilas edilib
19.07.2018, 22:45

Dənizdə batan 3 nəfər xilas edilib

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır
19.07.2018, 22:33

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır

İranda terrorçu dəstə zərərsizləşdirildi
19.07.2018, 22:04

İranda terrorçu dəstə zərərsizləşdirildi

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi
19.07.2018, 21:53

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi

ARXİV