Modern.az

BMT baş katibi Myanma hakimiyyətinə çağırış etdi ...

BMT baş katibi Myanma hakimiyyətinə çağırış etdi ...

5 Sentyabr 2017, 22:17

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş Myanma hakimiyyətinə çağırış edib. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, BMT baş katibi Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb: "Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq. Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istəyirik. Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir