Modern.az

Polşa prezidenti Qafqazdakı münaqişələrdən danışdı

Polşa prezidenti Qafqazdakı münaqişələrdən danışdı

5 Sentyabr 2017, 22:36

"Postsovet məkanında münaqişələr müstəqillik və dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz bizim birliyimizi dağıtmağa icazə verməməliyik. Avropa öz inkişafının çox mürəkkəb yolunu keçib, buna görə bizə öz maraqlarımızı ciddi müdafiə etmək lazımdır. Ukraynada və Qafqazda münaqişələr, birmənalı olaraq Avropanın marağında deyil, buna görə biz bu problemlərin həllində aktiv iştirak etməyə məcburuq". Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Ancey Duda Krınitsdakı iqtisadi forumda çıxış edərkən bildirib.

Ancey Duda bu münaqişələrin nizama salınması üçün Qərbi daha çox və daha qətiyyətlə hərəkət etməyə çağırıb.

Polşa prezidenti Avropa Birliyindəki bürokratiyanı da tənqid edib və bildirib ki, ölkələrə bu və ya digər məsələni həll etmək üçün illər lazım olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir