Modern.az

Malidə iki sülhməramlı öldürüldü

Malidə iki sülhməramlı öldürüldü

6 Sentyabr 2017, 00:29

Malidə Birləşmiş Millətlər Təşkilatının misiyasının avtomobili partladılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 2 BMT sülhməramlısı həlak olub. Daha iki sülhməramlı isə ağır yaralanıb.

Qeyd edək ki, ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib. Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı