Modern.az

"Akkord" jurnalistləri mükafatlandırdı (FOTOSESSİYA)

"Akkord" jurnalistləri mükafatlandırdı (FOTOSESSİYA)

27 May 2011, 17:00

Bu gün “Şərq” qəzetinin təşkilatçılığı ilə KİV nümayəndələri arasında kleçirilən və Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi VIII mini-futbol turnirin qalibləri elan olun ub. Modern.az saytı xəbər verir ki, “Şərq” qəzetinin baş redaktoru A.Aşırlı çıxış edərək Heydər Əliyevin idmana və mediaya göstərdiyi qayğıdan danışıb. O, bu turnirin H.Əliyevin xatirəsinə ehtiram olduğunu qeyd edib.

A.Aşırlı qeyd edib ki, ötən il olduğu kimi, bu ildə turnirin keçirilməsində baş sponsorluğu “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasi edib.

Daha sonra çıxış edən YAP-ın icra katibi Əli Əhmədov təşkilatçılara minnətdarlığını bildirib.
“Akkod” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva isə çıxışında təmsil etdiyi qurumun turnirin qalibinə 1000 AZN, 2-ci və 3-cü yerlərinin sahiblərinə müvafiq olaraq 500 və 300 AZN, 6 nominasiya üzrə qaliblərə isə 150 AZN pul mükafatı ayırdığını qeyd edib.

Sonda mükafatlandırma mərasiminə olub.
Ən yaxşı müdafiəçi, yarımmüdafiəçi, hücumçu, oyunçu və qapıçıya 150 AZN pul mükafatı və diplomlar təqdim olunub.
Turnirin 3-cüsü - AZTV-yə 300, 2-ci yerin sahibi ATV-yə 500 AZN pul mükafatı və diplom verilib. 1-ci yeri qazanmış “Şərq qəzetinə isə 1000 AZN pul mükafatı və diplom təqdim olunub.

Qalib komandaya kuboku YAP-nın icraçı katibi Əli Əhmədov təqdim edib.

Qalib komandalara AFFA da öz hədiyyələrini verib.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da partiyanın yarışa mənəvi dəstəyinə görə diplomla təltif olunub.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu