19 sentyabr 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər - SİYAHI  
Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər - SİYAHI  
06.09.2017, 13:22

Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb. Adətən tələbə adını qazanmalarına baxmayaraq, bəzi abituriyentlərin qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçmədiyini müşahidə edirik.

Maraqlıdır, bu il universitetlərdə vəziyyət necədir? Ali təhsil müəssisələrinin ayırdığı plan yerləri dolubmu? Qəbul olunduğu ali məktəbdə oxumaqdan imtina edən tələbələr varmı?

Modern.az saytı bu suallarla bir neçə özəl və dövlət universitetinə müraciət edib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli:


“Bu il ADU-ya 1420 plan yeri ayrılıb. Birinci mərhələdə 1333 abituriyent ali məktəbimizə qəbul olunub. Onlardan  1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib”.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov:

“2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirim ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub.

Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.

Eyni zamanda yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Universitetin  5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti:

“Bu il tələbə qəbulu üçün plan yerimiz 1725 idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq  qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər oldu”.


Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüsal Məmmədov:

“Builki qəbul imtahanlarında Qərb Universiteti olduqca yüksək nəticələr göstərib. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir. Eyni zamanda qeydiyyatdan keçməyənlər də oldu, onların sayı cəmi 45 nəfər idi”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:

“2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planına əsasən, Bakı Avrasiya Universitetində bakalavr səviyyəsinə plan yeri 93 faiz dolub. Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. Həmçinin, qeyd etməliyəm ki, 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

Baş Prokurorluq “Turan” Agentliyi barədə:
19.09.2017, 15:40

Baş Prokurorluq “Turan” Agentliyi barədə: " İstintaq davam edir, məlumat veriləcək"

Hamilə və 2 yaşına qədər uşağı olan xanım tələbələrə təhsil pulsuz olsun - TƏKLİF
19.09.2017, 15:36

Hamilə və 2 yaşına qədər uşağı olan xanım tələbələrə təhsil pulsuz olsun - TƏKLİF

Azərbaycanlı jurnalist Astanada çağırış etdi - FOTO
19.09.2017, 15:30

Azərbaycanlı jurnalist Astanada çağırış etdi - FOTO

“İlqar Məmmədov bilir ki, Milli Şuraya gəlsə, hörmətini itirər”
19.09.2017, 15:29

“İlqar Məmmədov bilir ki, Milli Şuraya gəlsə, hörmətini itirər”

Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!
19.09.2017, 15:24

Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!

BDU-da yeni auditoriyaların açılışı olub
19.09.2017, 15:20

BDU-da yeni auditoriyaların açılışı olub

Əbülfəs Qarayev Kürdəmirdə qəbul keçirəcək
19.09.2017, 15:19

Əbülfəs Qarayev Kürdəmirdə qəbul keçirəcək

Nəriman Qasımoğlu şeyxin müdafiəsinə qalxdı
19.09.2017, 15:18

Nəriman Qasımoğlu şeyxin müdafiəsinə qalxdı

Zakir Həsənov cəbhə bölgəsinə getdi - FOTO   
19.09.2017, 15:16

Zakir Həsənov cəbhə bölgəsinə getdi - FOTO  

Deputat Rusiya Dövlət Dumasını ittiham etdi
19.09.2017, 15:13

Deputat Rusiya Dövlət Dumasını ittiham etdi

Palata Şəmsəddin Hacıyevə görə İqtisad Universitetindən Baş Prokurorluğa şikayət etdi
19.09.2017, 15:09

Palata Şəmsəddin Hacıyevə görə İqtisad Universitetindən Baş Prokurorluğa şikayət etdi

Saakaşvili Poroşenkonunu devriləcəyi günü elan etdi
19.09.2017, 15:09

Saakaşvili Poroşenkonunu devriləcəyi günü elan etdi

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.67%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.1%)
- Məhərrəmlık əsl İslama ziddir(30.3%)