Modern.az

Builki qəbulda 2464 abituriyent 600-dən çox bal toplayıb  

Builki qəbulda 2464 abituriyent 600-dən çox bal toplayıb   

Aktual

6 Sentyabr 2017, 13:35

“Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanıb. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar”.


Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda o da qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.


2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb.


2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.


Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35.790 nəfər (50.6 faiz)  təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159  nəfər təşkil edib.


Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür