Modern.az

Ateizmin ƏXLAQI – Elmi İZAHLAR

Ateizmin ƏXLAQI – Elmi İZAHLAR

6 Sentyabr 2017, 15:15

Əxlaqın nə olması haqqında uzun-uzun mübahisələr gedir.Bu, günümüzdə ən çox teizmi müdafiə edənlərlə ateizm tərəfdarları arasında görülür.Əxlaqın nə olması, mənşəyi, cəmiyyətdə formalaşması,dində öz yerini tutması haqqında bir az uzun və ətraflı izaha ehtiyac var.

 

Gəlin öncəliklə əxlaqın nə olmasına baxaq. Bu,  ilk zamanlardan bu günə qədər ən çox fəlsəfənin predmetinə aid idi. Lakin son zamanlarda təkamül nəzəriyyəsi öz isbatını hər gün bir az doğrultduqca, buna istinad edilən bir başqa memetika sahəsi formalaşıb.

 

Təkamül boyu canlıların arasında memetika sevgini, mərhəməti, əxlaqın mənşəyi və rolunu açıqlayır. Yəni artıq əxlaq anlayışı fəlsəfənin sahəsindən çıxaraq, elmin sahəsinə daxil olur. Bildiyiniz kimi 47 milyon il əvvəl torpaq altında yaşayan bir sürünənlərdən insanın və meymunların ortaq atası olan pirimatkimilər təkamül edib. İnsan son 6 milyon il ərzində şüurda təkamül etdiyi üçün, artıq elmə, fəlsəfəyə və inanca sahib ola bilib. Ancaq şüurda hələ təkamül etmədiyimiz o dönəmlərdə, əxlaq anlayışı demək olar ki, yox idi. İnsest hökm sürürdü. Cinslər arasında dişi üzərində savaş gedirdi.

 

Qalib olan erkək, dişini qazanırdı. Bu gün qadınların hündürboy, əzələli və güclü görünüşə sahib kişilərə maraq duymasının da kökündə min və milyon illərlə baş verən bu hadisələr durur.

 

Dişi özünü qoruya biləcək, onun balasına ov gətirə biləcək, güclü və sağlam erkəkləri seçirdi. Bu, diqqət etsəniz bu gündə şüurlu bir şəkildə yenə də davam etməkdədir. Lakin mövzu bu deyil, ona görə də mövzudan uzaqlaşmadan əxlaqın mənşəyi haqqında ən dərinlərə getmək və təməlində hansı bir prosesin olduğunu izah etmək istəyirəm. Teizmi müdafiə edən inanclıların ateizmə qarşı istifadə etdiyi əxlaqın mənşəyi ilə bağlı olan məsələdə ən aktual sual budur.

Ateizm bacı ilə qardaşın cinsi əlaqəyə girməməsini nəyə istinad edərək açıqlaya bilər? Ateizm əxlaqı nəyə dayanaraq açıqlayır?

Dində qohumluqla bağlı olan cinsi yaxınlığın nəyə görə olmamasına izah verilir. Ancaq ateizm buna cavab vermək üçün insan DNT- sinin niyə məhz öz qohumuna qarşı belə bir davranış göstərməsinin kökündə duran amili açıqlamaq üçün, təkamülə baş vurmalıdır.

 

Təkamül ilə yanaşsaq bu səbəbin kökündə duran şey DNT-mizin daxilində gedən prosesdən irəli gəlir.

 

İnsan DNT-sinin zənciri olduqca mürəkkəb struktura sahibdir. Burda DNT zəncirində hər hansısa bir atomun artıq və ya əskik olması onun duyğu, dad bilmə, səs, eşitmə və görməsində xüsusi rol oynaya bilər.  Eyni zamanda amin turşularının DNT-mizdə ola biləcək əskikliyi və artıqlığı nəzərə alınmalıdır.

 

Təkamül müddətində canlıların cinslərə ayrılması, bala verib balaların qeydinə qalma dövrünə girməsindən, quruya keçid edənə qədər nəsil artırmada bir-birilərin qoruması, bəsləməsi eyni zamanda təməlli olaraq sevginin də əsasını qoyub. Ana ilə yaxınlıq duyğuları DNT-nın daha çox anasına adaptasiya olması və təkamül boyunca şüura yiyələndikcə əcdadlarımızın öz anasına və ya bacısına qarşı olan cinsi istəyinin azalmasına səbəb olub.

Şüurun təkamülündən sonra anaya və bacıya duyulan sevgi və bağlılığa görə cinsi istəyin azalmasına səbəb isə onların digərləri kimi deyil, özünə daha yaxın olmasına gətirir çıxardır.

 

Bu adaptasiyanın səbəbində duran şey yenə də eqodur. DNT-miz Riçard Doukinzin nəzəriyyəsinə əsasən desək, eqoistdir.

 

Həyatda qalmaq üçün etdiyi şey yalnız özünü düşünməkdir. Buna görə də dişilərdə balaya sevgini gen özü yaradır. Ana öz balasını sevir, qoruyur, əzizləyir, onu həyatda özü-özünü qoruya biləcəyi vaxta qədər müdafiə edir. Biz buna şüurlu bir şəkildə "Ana məhəbbəti" adını qoymuşuq. Bütün bunların kökündə məhz genlərin eqoistliyi durur. Özü özünü qorumaq üçün sevgi kimi bioloji bir bağlılığı yaradır. Bura qədəri ümid edirəm ki, aydındır.


Əxlaqda genlərin həyatda qalma prinsipindən meydana gələn sevgiyə istinad etməsi öz əksini tapır. Necə ki, DNT -lər kişini ehtirasa gətirir və bir qadınla yaxınlığa sövq edir.

 

Eynilə DNT-lər həyatlarını sürdürə bilmək üçün sevgini yaradırlar. Biz sevməyə əzizləməyə başlayırq.

 

Sevdiyimiz şeyləri ilahiləşdiririk, qoruyuruq, toxunulmaz edirik, hətta özümüz olsaq belə toxunmuruq. Bu bir növ fetişizmə bənzəyir.

 

İndi gələk insanların insestdən qaçmasının səbəbinə.

 

Bunun səbəbi DNT-nin həyatda qalması və özünün yenə də eqoistliyidir. Təəccüblü deyil ki, qohumlarla olan cinsi əlaqədən uzaqlaşma homo erektusların sapienslərə çevrilməsindən sonra başladı. Deməli sevgi genin həyatda qalması üçün özünün yaratdığı zəmindir. Əxlaq isə həmin həyatda qalmaq üçün yaradılan zəmindən formalaşan bir düşüncə məhsuludur.

 

Sevdiyimiz şeyləri ilahiləşdiririk, qoruyuruq, toxunulmaz edirik, hətta özümüz olsaq belə toxunmuruq. Bu əxlaqın yaranmasına bilavasitə təkamülün cavabıdır. Burda açıq-aşkar görmək olur ki, əxlaqın kökü sevgidən və şüurun təkamülündən irəli gəlir. Yəni heç bir dini ideologiyaya dayanmır. Biz bacı və anaya qarşı duyduğumuz sevgi hissinə görə onları toxunulmaz edirik.

 

Buna görə də beynimizdə ana və bacı ilə cinsi əlaqədən insanı iyrəndirən maddələr formalaşır. Burada dinin hər hansısa bir təsiri olmayıb. Din sadəcə mövcud qanunauyğunluqları özündə əks etdirən bir növ konstitusiyadır.

 

Din olmayan toplumlar var. Məsələn Yaponiya da ana-bacı ilə əlaqə yoxdur. Niyə yoxdur?  Üstəlik onların da ictimai yerlərdə öpüşənlərə qarşı reaksiyası bizdək, kimidir. Onlar bu əxlaqi keyfiyyəti nədən qazanıb? Bu cür misallar çox çəkmək olar.

Əxlaq nisbi anlayışdır. Ona dəqiq bir tərif vermək mümkün deyil. Lakin əsaslandırmaq mümkündür. Teizm İslamın əxlaq anlayışını əsas götürərək iddia edir ki, ən sağlam əxlaq anlayışı onların inancındadır. Bəli haqlı ola bilərsiniz. Lakin eynilə biz digər xalqlara və mədəniyyətlərə baxsaq nə görərik?

Bütün xalqların mədəniyyətlərin dini var. Bütün bu əxlaq anlayışı insan şüura çatdıqdan sonra həmin dinlər və inanclar vasitəsilə müxtəlif formalar alıb. Bunu aşağıdakı ardıcıllıqla daha asan izah etmək olar:

 

- İlk inanc, sonra bu inanca olan güclü bağlılıq.

- Bu bağlılıqdan meydana gələn düşüncə

- Bu düşüncənin ixtira etdiyi fikirlər, fəlsəfə və idelogiya

- Bu fəlsəfə və ideologiyanı müqəddəsləşdirdiyimiz bir nəsnəyə bağlamaq

- Sonra həmin nəsnə qarşısında öhdəlik götürmək, bu öhdəliyə rəğmən yeni qaydalar yaratmaq

- Sonrakı nəsillər təkamül etdikcə bu qaydaları və müqəddəsləşdirilən nəsnəni Tanrı və əxlaqa çevirmək, daha sonra Tanrını sonrakı nəsillərin daha da ilahiləşdirməsi

- İlahiləşdirilmiş Tanrı və ona olan inancdan meydana gələn əxlaq anlayışı bununda nəsildən nəsilə ötürülməsi

 

Burda aydın olur ki, əxlaq anlayışı digər təbii ehtiyaclar kimi zərurətdən və birgəyaşayışdan formalaşıb. O da bir ehtiyacdır. Burda əxlaqın məhz dində və ya ateizmdə deyil, insanın özündə DNT-sində formalaşması öz əksini tapır. Yuxarıda verilən izahlardan aydın görünür ki, ateizm əxlaq anlayışını elmi müstəvidə açıqlaya bilər. Burda həm də insestin baş verməməsinin də səbəbi göstərildi.

 

İndi keçək növbəti sualın təhlilinə.

Bacı ilə qardaşın birlikdə əlaqəyə girməməsi sevgidən beyində kimyəvi maddə olaraq əxlaqı formalaşdırırsa, bəs bacı ilə qardaş bir-birini tanımasa, ikisi də gənc yaşda qarşılaşsa bir-birilərini bəyənsələr, onlar əlaqəyə girə bilərmi? Çünki, birlikdə yaşamadıqları və bir-birilərin tanımadıqları üçün beyində həmin kimyəvi maddə olmur .Belə bir halda əlaqə olmazsa nəyə əsasən olmaz? Bunu ateizm nəyə dayanaraq açıqlaya bilər?

Bu suala cavab verməzdən öncə,sizin diqqətinizə bir nüansı çatdırmaq istəyirəm.Ateizm eyni ilə teizm kimi bir fəlsəfi ideologiyadır.İkisidə öz dediyinə 100 % inanır. Birisi Tanrının varlığına digəri isə onun yoxluğuna inanır.

 

Bu yerdə diqqətinizi inanca çəkmək istəyirəm. İnsan dünyaya gələndə buddist, müsəlman və ya xristian olaraq gəlmir. İnsan elə dinsiz heç bir kateqoriyasız gəlir. Ona bu dəyərlər sonradan sırınır.

 

Məsələn bizim cəmiyyətdə məlum məsələdir ki, bacı və ana namus qeyrət simvolu kimi götürülür. Bu yerdə vaxtilə inanclı olmuş bir şəxs sonradan inancın saxta olduğunu qəbul edirsə onun dəyişən sadəcə inancıdır.

 

Ancaq illərlə alt şüuruna qazınmış dəyərlər həmin inancla məhv olub getmir. Bizim cəmiyyətdə olan əxlaq anlayışı özü də dində əks olunan bir ideologiya vasitəsilə formalaşıb. Dini inkar edən ateistin alt şüurunda əxlaq anlayışı yenə də varlığın davam etdirir. Buna "kriptoeoloqizm" yəni "gizli dinilik" deyilir. Bəli elədir.

 

Lakin bu sözümü və ya arqumentimi teizm ələ alaraq ateizmi səhv çıxarda bilməz. Çünki teizmin əxlaq anlayışı dünya səviyyəsində obyektiv və mütləq deyil. Məsələn bizə görə bakirəlik namus, qeyrətdir, lakin Tailandda gəlin toydan öncə bəyin dostları ilə yatmalı olur.

 

Bəydən öncə onun bakirəliyini bəyin dostları alır. Teizm heç bir əsasla ateizmin əxlaqında qüsur axtara bilməz. Çünki bunu axtara bilməsi üçün onun əxlaq anlayışı obyektivə gəlməlidir.

 

Lakin göründüyü kimi subyektivdir.

 

Sual yarana bilər ki, bəs o zaman Avropada niyə məşhur ateist alimlər bunun ola bilməsində heç bir səbəb görmürlər? Dediyim kimi, əxlaq anlayışı ateistlərə yaşadıqları cəmiyyətdən miras qalır.Bu gün insesti dəstəkləyən ateist alimlər əgər Azərbaycanda doğulub- böyüyüb sonradan ateist olsaydı, əlbəttə ki, onlar belə bir şeyi dəstəkləməzdilər. Yenə də diqqətinizi əxlaqın nisbiliyinə çəkmək istəyirəm. Çünki bu məqalədə əsas diqqətinizə çatdırmaq istədiyim şey sualların doğru qurulmamasıdır. Çünki teizm öz əxlaqın mərkəzə qoymağa çalışmamalıdır. Mərkəzdə olduğunu sübut etməlidir. Ondan sonra ateizmin əxlaq anlayışın sorğulaya bilər.

 

Sonda isə mən öz subyektiv baxışımla bu məsələ barəsində deyə bilərəm ki, biz artıq heyvan deyilik.  Bioloji təsnifatda növümüz heyvan ola bilər. Amma insanıq. Şüurumuzla öz duyğularımıza nəzarət edə biliriksə, biz heyvandan elə buna görə də fərqlənərək,insesti rədd edirik. Bizə bundan daha böyük dayaq nöqtəsi lazım deyil.

 

Qubad MUXTARLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır