19 yanvar 2018, Cümə
Ana Səhifə - REPORTAJ - Hər qarışında tarixin izləri görünən şəhər - Təbrizdən REPORTAJ
Hər qarışında tarixin izləri görünən şəhər - Təbrizdən REPORTAJ +
07.09.2017, 09:13

Cənub qonşumuz İranla bağlı hamının fərqli təəssüratları var. Mənim təsəvvürümdəki İran qatı mühafizəkar, geridəqalmış, insanların qorxu içində yaşadığı, küçələrin boş, yaşayış səviyyəsinin aşağı olduğu bir ölkə idi. Səyahətlə bağlı hansısa planlar quranda İrana getməyi heç ağlımın ucuna da gətirmirdim. İzlədiyim Qərb mediası, İranda olmayan insanların İran haqqındakı fikirləri məndə bu ölkəyə qarşı xeyli mənfi fikir formalaşdırmışdı. Bütün bu fikirlər İrana, xüsusilə də Təbrizə daxil olandan sonra 180 dərəcə dəyişdi. 


Bu günlərdə Təbrizin 2018-ci il "İslam ölkələrinin turizm paytaxtı" seçilməsi ilə əlaqədar bu şəhərə yollanan 13 nəfərlik jurnalist heyətində Modern.az-ın əməkdaşı olaraq mən də vardım.

Şərqi Azərbaycan ostanının (vilayətinin) paytaxtı olan Təbriz həm Azərbaycan, həm də İran üçün önəmli şəhərlərdəndir. Şəhərin 2,5 milyona yaxın əhalisi var. Əhalinin əsas hissəsini Azərbaycan türkləri təşkil edir. Elə ona görə də bu şəhər məni özünə heyran etdi. Müasir körpülər, yollar, göz oxşayan tarixi binalar, mehriban insanlar Təbrizi mənə sevdirən amillərdən bir neçəsi idi. Bizim onları sevdiyimiz kimi, onlar da bizi çox sevirmiş...
 

Küçələrdə ictimai nəqliyyatın rahat hərəkət etməsi üçün xüsusi yollar var. Avtobus salonları əsasən iki hissədən ibarət olur, öndə kişilər, arxada isə qadınlar əyləşir. Müəyyən yerlərdə xüsusi taksi dayanacaqları var. Şəhərin demək olar ki, hər yerində insanların pulsuz su içmələri üçün soyuducular yerləşdirilib. Əksər küçələrin sol və sağ çiyinlərində arxlar var. Bu arxlar kiçik həcmli tullantılar üçündür. Tullantılar bura atılır və daha sonra arxa su tökülür, tullantılar müəyyən yerə gedir. Yerüstü piyada keçidlərinin əksəriyyətində eskalatorlar quraşdırıb.

 


Hər qarışında tarixin izləri görünən şəhər gəzməklə bitməz. Buranın insanları deyilənlərin əksinə, həm müasir, həm mehriban, həm də çox qonaqpərvərdirlər. Düşüncələrimə əks olaraq, qara niqablı, ancaq gözləri görünən qadınlara çox az rast gəldik. Gözəlliyi ilə seçilən Təbriz xanımları müasirliyi və savadı ilə də seçilir. Qadınlar bütün sahələrdə fəaliyyət göstərir və burada onlara önəm verilir. Gördüyüm qədəri ilə cəmiyyətdə demokratiya mövcuddur.

Təbriz küçələrində göz oxşayan heykəllərə də çox rast gəlinir. Tarixi abidələrlə yanaşı, təhsil və səhiyyə ocaqları da xeyli inkişaf edib.  Təbriz Universiteti ölkənin tanınmış ali təhsil ocaqlarından sayılır.


İndi isə sizi qiyabi də olsa Təbrizə aparım.

 

Bələdiyyə muzeyi

Təbrizin mərkəzində yerləşən bu bina təxminən 80 il öncə inşa edilib. Binanın memarı alman olub. Tarixi bələdiyə binası 2007-ci ildən muzey olaraq fəaliyyət göstərir. Tarixiliyi göstərmək üçün bələdiyyənin önəmli qonaqları bura gətirilir. Binanın iki tərəfində saat var. Binanın altında muzey yerləşir. Gözəl memarlıq əsəri olan bu bina Təbrizin mərkəzindədir. Muzeyin içində qədimi əşyalar və məşhur Təbriz xalçaları nümayiş etdirilir. Binadakı saatlara görə ərazi “Saat meydanı” da adlanır. Muzeyə giriş pulsuzdur.

 

Şəhriyarın ev muzeyi

 




1906-1988-ci illərdə yaşamış Azərbaycanın dahi şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) bu evdə yaşayıb. Muzey bələdiyyənin binasından 500-600 metr uzaqlıqda yerləşir. Muzeydə şairin kitabları, əşyaları, eləcə də geyimləri qorunur.

 

Azərbaycan Muzeyi

 

 

Muzey 1957-ci ildə inşa edilib, 1962-ci ildə isə restovrasiya edilib. Muzeydə zəngin eksponatlar var. 3 mərtəbədən ibarətdir: giriş, zirzəmi və yuxarı mərtəbə. Girişdə və yuxarı mərtəbədə qədim arxeoloji tapıntılar yerləşdirilib. Arxeoloji tapıntılar arasında 4000 il əvvələ aid xeyli tarixi eksponat var. Zirzəmidə isə heykəltaraş Əhəd Hüseyninin 1975-1980-ci illər arasında yaratdığı maraqlı heykəllər var. Muzey tarixi tapıntılar baxımdan o qədər zəngindir ki, ordan çıxmaq istəmirsən.

 

Göy Məscid

1465-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın dövründə inşa edilib. Azərbaycan muzeyinin yanında yerləşir. Vaxtilə Təbrizdə baş vermiş yeraltı təkanlar nəticəsində dağıntılara məruz qalmış məsçid yaxşı şəkildə restavrasiya edilib. Məsçidin göy çinilərlə bəzədilməsi göz oxşayır.

 

Təbriz Məşrutiyyə (Konstitusiya) muzeyi

Bina 1867-ci ildə inşa edilib. Memarı Hacı Vali Memar Təbrizi olan bu tarixi bina iki mərtəbədən və zirzəmidən ibarətdir. Muzeydə bir neçə əsrlik eksponatlarla tanış olmaq mümkündür. Binanın içi Şəki Xan sarayında olduğu kimi, rəngli şüşələrdən ibarət şəbəkə ilə bəzədilib. Sənət əsəri olan bina İranın mədəni irsi olaraq tanınır.

 

Ərk qalası

Bu əzəmətli qala Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib. Qala öz dövründə dünyanın ən böyük tikilisi olub.

 

 

Qapalı Təbriz bazarı

Şəhərin mərkəzində yerləşən bazar dünyanın ən böyük ticarət mərkəzlərindən biridir. YUNESKO-nun mədəni irs siyahısına salınan bazarın eramızın 4-cü əsrində tikildiyi bildirilir.  Bazarda ədviyyatlardan tutmuş məşhur Təbriz xalçalarına qədər hər şey tapa bilərsiniz. Burada işləyən ticarətçilər qonaqları gülər üzlə qarşılayır. Bazarda qarşılaşdığım ən maraqlı hallardan biri qonşu olan ticarətçilərin vahid qiymət söyləməsiydi. Bir ticarətçidən qiyməti soruşub almadıqdan sonra digərinə yaxınlaşdıqda qiymətin qonşusununku ilə eyni olduğunu deyir, hətta qonşusundən alış-veriş etməyimzi tövsiyyə edir.

 

Cümə məscidi (Mescid-e-Jāmeh Tebriz)

Cümə məscidi Təbrizin önəmli məscidlərindəndir. Məscidin bir girişi mərkəzi küçədən, digər girişi isə bazarın içərisindəndir. Məscid tarixi baxımdan önəmlidir.

Belə ki, Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə Şah İsmayıl arasında Naxçıvan yaxınlığındakı Şərur düzündə toqquşma başlayır. Ağqоyunluların ordusunda top və tüfənglərin olmasına baxmayaraq, оnlar məğlub оlurlar. Əlvənd Mirzə zоrla canını qurtarıb Ərzincana sarı qaçır. Bu qələbədən  sonra Şah İsmayıl Təbrizə doğru hərəkət edir. Təbrizdə Şah İsmayıl şah elan edilir və оnun adına bu məsciddə xütbə оxunur.

 

Eynalı (Aynalı) dağı

Təbrizə gəldinsə, mütləq Eynalıya səfər etməlisən. Təbriz şəhəri Eynalı dağının cənubunda yerləşir. Dağın zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 2738 metrdədir. Ən yüksək yerdə ziyarətgah var. Məlumatlara görə, Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli burada dəfn olunub. Təbrizlilər bura piyada çıxmağa çalışırlar. Ziyarətgahın yerləşdiyi yerdən Təbrizin gözəl mənzərəsi görünür. Bundan başqa, Eynalı dağında kanat da var. Bu kanat sayəsində də Təbrizin gözəl mənzərəsini seyr etmək olur.

 

"Məqbərətul Şuara"(Şairlər məzarlığı)

Burada Məhəmmədhüseyn Şəhriyarın məzarı yerləşir. Şəhriyara qədər 412 şairin məzarı olub. Lakin baş verən zəlzələlər nəticəsində məzarların hamısı itib. Şəhriyardan sonra isə 12 şairin məzarı hazırda buradadır. 

 

 

Qacar muzeyi

 


Təbrizin ən görkəmli yerlərindən birində yerləşir. Bu tarixi bina Qacarlar dönəmində inşa edilib. Bina 1500 metr² ərazidə tikilib və iki mərtəbədən ibarətdir. İçində hovuzlar və fəvvarələr olan iki, daxili və xarici həyətə malikdir. 16 ədəd sütun binanın balkonunu saxlayır.

Birinci mərtəbədə pul, tikiş, çini, şüşə, metallar və musiqi alətləri, zirzəmi də isə daş, silah, sərkərdələr və paşalar, memarlıq və şəhərsalma ilə bağlı eksponatlar nümayiş etdirilir.

 

El gölü (Şah gölü)

Bura Təbrizin milli parklarından biridir. Deyilənə görə, El gölü Qacarlar dönəmində inşa edilib. Bura Təbriz əhalisinin ən çox gəldiyi yerlərdən biridir. Biz burada olduğumuz müddətdə həm adam əlindən, həm də avtomobillərin sıxlığından hərəkət etmək mümkün olmurdu. Ailələr çəmənlikdə piknik qurur, istirahət edirdilər.
 

Lale Park alış-veriş mərkəzi (MALL)

Şəhərdən kənarda yerləşən alış-veriş mərkəzində isə dünyanın bir çox tanınmış markasını tapmaq olar. Böyük bir ərazidə yerləşən alış-veriş mərkəzi həm təbrizlilərin, həm də turistlərin sevimli məkanlarındandır.

 

Təbriz Teatrı

Səfərimizin son saatlarında isə Təbriz teatrında olduq. Burada “Zəhra Paşa” tamaşası oynanılırdı. Bu tamaşadan sonra gördük ki, Təbriz gəlib tamaşanı izləməmək olmaz


Qafar Ağayev
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı
19.01.2018, 01:04

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı
19.01.2018, 00:46

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı

Paytaxtda avtobus qəzası
19.01.2018, 00:30

Paytaxtda avtobus qəzası

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı
19.01.2018, 00:14

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Azərbaycan nefti bu gün də ucuzlaşdı
18.01.2018, 23:54

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Nazir ingiliscə Qarabağdan danışdı
18.01.2018, 23:39

Nazir ingiliscə Qarabağdan danışdı

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ
18.01.2018, 23:23

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi
18.01.2018, 23:09

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN
18.01.2018, 22:55

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN

Hacıqabulda ağır qəza
18.01.2018, 22:44

Hacıqabulda ağır qəza

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu
18.01.2018, 22:29

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub
18.01.2018, 22:13

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı
18.01.2018, 21:57

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir
18.01.2018, 21:41

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir

Sabiq rektora hökm oxundu
18.01.2018, 21:29

Sabiq rektora hökm oxundu

Livan mediası 20 Yanvar faciəsindən yazdı
18.01.2018, 21:14

Livan mediası 20 Yanvar faciəsindən yazdı

Milli Oftalmologiya Mərkəzində aksiya …
18.01.2018, 20:59

Milli Oftalmologiya Mərkəzində aksiya …

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb
18.01.2018, 20:47

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb

Ukrayna müharibəyə hazırlaşır - İDDİA
18.01.2018, 20:33

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı
18.01.2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB
18.01.2018, 20:02

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu
18.01.2018, 19:51

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18.01.2018, 18:55

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı

Avropada qasırğa 4 nəfəri öldürdü
18.01.2018, 18:47

Avropada qasırğa 4 nəfəri öldürdü

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı
18.01.2018, 18:39

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi
18.01.2018, 18:26

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib
18.01.2018, 18:15

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
18.01.2018, 18:04

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”

Magistraturaya hazırlaşanlara xəbər var
18.01.2018, 18:02

Magistraturaya hazırlaşanlara xəbər var

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb
18.01.2018, 18:01

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı
18.01.2018, 17:57

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ   
18.01.2018, 17:52

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ  

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO
18.01.2018, 17:31

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  
18.01.2018, 17:30

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.01.2018, 17:27

Manatın sabahkı MƏZƏNNƏSİ

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(55.5%)
- Geyimə(3.24%)
- Müalicəyə(5.41%)
- Kommunal xidmət haqlarına(12.6%)
- Təhsilə(2.52%)
- İstirahətə(1.08%)
- Kitaba(1.08%)
- Rüşvətə(4.69%)
- Əyləncəyə(0.72%)
- Digər şeylərə(12.9%)