Modern.az

Şimali Koreyanın sınaqdan keçirdiyi nüvə silahının parametrləri ...

Şimali Koreyanın sınaqdan keçirdiyi nüvə silahının parametrləri ...

6 Sentyabr 2017, 21:43

Şimali Koreyanın sınaqdan keçirdiyi nüvə silahının parametrləri barədə məlumat yayılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sınaqlar zamanı yaranan yeraltı təkanların gücü 6.1 bala bərabər olub.

 

Yaponiyanın müdafiə naziri İtsunori Onodera bildirib ki, bu rəqəmə uyğun hesablama aparılsa, Pxenyanın sınaqdan keçirdiyi silahın təxmini gücü 160 kilotondur: "Bu, əvvəlki təcrübələrdə əldə edilmiş nəticələrin artması deməkdir. Şimali Koreyanın hazırda malik olduğu nüvə silahı Xirosimaya atılandan ən azı 10 qat daha güclüdür”.

 

Qeyd edək ki, Şimali Koreyanın uğurla sınaqdan keçirdiyini açıqladığı hidrogen bombası ölkədə 6.3 bal gücündə yeraltı təkanlarla müşahidə olunmuşdu.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir