Modern.az

Səkkiz nəhəng Qəddafiyə “get” dedi

Səkkiz nəhəng Qəddafiyə “get” dedi

27 May 2011, 18:11

“Qəddafi və Liviya höküməyi dinc əhalinin müdafiəsi üçün lazım olan öhdəlikləri yerinə yetirə bilmədikləri üçün legitimliyini itiriblər. Qəddafinin gələcək azad və demokratik Liviyada gələcəyi yoxdur və o getməlidir”.  Modern.az bildirir ki, bu bəyanat Fransada “G-8” sammitinin yekunlarına dair  qəbul edilmiş birgə deklorasiyada açıqlanıb.

“Böyük səkkizliyin” liderləri həmçininin Qəddafidən dinc əhaliyə qarşı silah tətbiq edilməsinin dayandırılmasını tələb ediblər. “Bu cinayətkar hərəkat cəzasız qalmamlıdır”-deyə sənəddə vurğulanır. Bununla əlaqadar “səkkizlər” Beynəlxalq Məhkəmə tərəfindən Liviya liderinin həbsi barədə order tələb olunmasını alqışlayıblar.

“Biz Liviyanın ərazi bütövlüyünü, müstəqilliyini və milli biriliyini tanıdığımızı bəyan edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir