Modern.az

Əfqanıstandakı terrorda 3 Gürcüstan hərbçisi yaralandı

Əfqanıstandakı terrorda 3 Gürcüstan hərbçisi yaralandı

6 Sentyabr 2017, 23:43

Əfqanıstanda ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub. Modern.az  “İnterfaks”a istinadən xəbər verir ki, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb.

Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğu və onun əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda  iştirak edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?