Modern.az

Qaçqınların sayı 300 min nəfərə çata bilər

Qaçqınların sayı 300 min nəfərə çata bilər

Dünya

7 Sentyabr 2017, 00:28

Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı əvvəlki rəqəmləri iki dəfə üstələyə bilər. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariya məlumat verib.

Dipayan Bxattaçariya bildirib ki, qaçqınların sayı təqribən 300 min nəfərə çata bilər.

Onun sözlərinə görə, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır