Modern.az

ABŞ-da qasırğa qurbanlarının sayı 70 nəfərə çatdı

ABŞ-da qasırğa qurbanlarının sayı 70 nəfərə çatdı

7 Sentyabr 2017, 01:02

ABŞ-da “Harvi” qasırğası qurbanlarının sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Texas ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Bundan əvvəl 60 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi.

 

Qeyd edək ki, “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub. Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi