Modern.az

Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz? - SORĞU  

Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz? - SORĞU   

Media

7 Sentyabr 2017, 08:58

Dünya müsəlmanları Məhərrəm ayının astanasındadır. Bu il Məhərrəmlik sentyabrın 22-də başlayır. Məhərrəm İslam dininə görə “haram” aylardan biridir. İslam hökmlərində bu ayda bir sıra əməllər, ö cümlədən şadyanalıq haram elan edilib. Bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla olaylarıdır. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə qətlə yetiriliblər.

Qeyd edtdiyimiz kimi, bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır, Aşura günü isə oktyabrın 1-ə təsadüf edir.

Müsəlmanlar, xüsusilə də İslamın şiə təriqətindən olanlar uzun illərdir Məhərrəmlik ayında Kərbəla şəhidlərinə 40 gün yas saxlayırlar, toy-düyün və digər xeyir işləri təxirə salır, Aşura günü zəncir vurur, öz bədənlərindən qan çıxarırlar.

Lakin Məhərmməlik ənənələrinə münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, vəfat edən şəxslərin xatirəsinə əbədi yas saxlamaq kimi hökm İslamın təməl fəlsəfəsində yoxdur və bunu uzun illərdir davam etdirmək dinlə də bir araya sığmır.

Modern.az saytının növbəti sorğusu Məhərrəmliklə bağlıdırr: Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?

Cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər...

Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?

- Bəli qəbul edirəm və mütləq yas saxlayacam
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür
- Bu şərtlərin heç birini qəbul etmirəm
- Məhərrəmlık əsl İslama ziddir

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır