19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Keçmiş baş psixiatr: “Ağıl xəstəliyi daha çox kişilərdə olur” – MÜSAHİBƏ
Keçmiş baş psixiatr: “Ağıl xəstəliyi daha çox kişilərdə olur” – MÜSAHİBƏ
07.09.2017, 11:26

Nadir İsmayılov: “Depressiyaların sayı 3-4 dəfə artıb”

 

Psixiatriya Assosasiyasının prezidenti, Tibb Universitetinin professoru, ölkənin sabiq baş psixiatrı Nadir İsmayılov Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Bu gün Azərbaycan insanın psixoloji vəziyyəti normal deyil. Hətta çox gərgin olduğunu deyə bilərik. Nədir bu gərginliyin səbəbləri?

 

- Gərginlik iki mənbədən qaynaqlanır. Birincisi, genetik, irsi amillərdir. İkincisi, sosial-iqtisadi faktorlardır. Əgər cəmiyyətdə iqtisadi çətinlik, sosial ədalətsizlik, şikayətlərə baxılmaması, narazılıq və narahatlıqlar artırsa, bu, ilk növbədə əsəb sisteminə təsir edir. Daha sonra ürək və digər orqanlara təsirləri görünməyə başlayır. Yəni onların emosiyasına, düşüncəsinə, təfəkkürünə, hətta yaddaşına təsir edir. Ona görə də baxır hansı xəstəlikdən şübhələr var, hansı xəstəliyin üzərində dayanmaq lazımdır. Əgər nevrozlar və depressiyaların adını çəksək, onda deməliyik ki, sosial-iqtisadi amillər bu xəstələrə güclü təsir göstərir. Ancaq şizofreniya, epilepsiya kimi güclü baş-beyin xəstəliklərinin yaranmasında sosial-iqtisadi faktorlar rol oynamır, hətta yox dərəcəsindədir. Biz ümumilikdə desək, bir çox nevrotik xəstəliklərin, intiharların sayı artıb. Bunların hamısı cəmiyyətdə müəyyən gərginlik, narahatlıq, narazılıq olduğunu deməyə əsas verir.

 

- Bizdə psixi xəstəliklər dedikdə, yalnız dəlilik başa düşülür. Əslində hansı növləri var psixi xəstəliklərin? Yayılma arealı necə dəyişir?

 

- Bilirsiniz, şizofreniya, epilepsiya xəstəlikləri dünyanın hər yerində eyni faiz təşkil edir. Yəni hər bir yerdə 1 faizdir. Ancaq getdikcə nevroz, depressiya, psixosomatik qrupun artması müşahidə edilir. Elə götürək intiharı. İntihar nədir? İntihar insanın kəskin depressiya vəziyyətindən yaranan özünəqəsddir. Onların sayı artıbsa, biz deyə bilmərik ki, depressiyaların sayı artmayıb.

Depressiyalar da, nevrozlar da, psixosomatik xəstəliklər də artıb. Gedin xəstəxanalara, klinikalara, kabinetlərə. Görün nə qədər xəstələr var. Hələ xəstələrin  əksəriyyəti müraciət etmir. Onların bir hissəsi nevroloqlara, terapevtlərə müraciət edir.

 

- Nevrotik xəstəliklər daha çox hansı cinsin nümayəndələrində özünü biruzə verir: kişilər yoxsa qadınlarda? Hansı cinsin əsəbləri daha çox dözümsüzlük nümayiş etdirir?

 

- Elə xəstəliklər var ki, onlar qadınlarda daha çox olur. Məsələn, depressiyalar, həyəcan, təşviş, qorxu əlamətləri ilə müşayiət olunan nevrorik xəstəliklər qadınlarda nisbətən çoxdur. Ancaq elə xəstəliklər var ki, qadın-kişi fərqi yoxdur. Məsələn, şizofreniya xəstəliyi eyni saydadır. Tutaq ki, Azərbaycanda 10 min belə xəstə varsa, onun 5 mini kişi, 5 mini qadındır. Amma elə xəstəliklər də var ki, onlarda fərq hiss edilir. Altsheymer xəstəliyi-ağıl zəifliyi, beyinin sklerotik xəstəlikləri kişilərdə daha çox olur.

 

- Bəs yaş amili hansı rolu oynayır nevroloji xəstəliklərdə?

 

- Yaş amili təbabətdə çox mühüm cəhətlərdən biridir. Elə xəstəliklər var ancaq uşaq yaşlarında rast gəlinir, elə xəstəliklər var ancaq yaşlı adamlarda rast gəlinir. Şizofreniya xəstəliyi daha çox 17-25 yaş arası insanlarda təsadüf olunur. 25 yaşdan sonra çox nadir hallarda bu xəstəliyə tutulma qeydə alınır. Ancaq ağıl zəifliyi 50-60 yaşdan sonra və daha çox kişilərdə qeydə alınır.

 

- Xüsusilə son dövrlərdə insanlarda yaddaşsızlıq problemi meydana gəlib. Bəzən, adicə əlində olan qələmi hara qoyduğunu xatırlaya bilmirsən...

 

- Bu, bizim bugünkü həyatımızın intensivliy ilə əlaqədardır. Telefon, kompüter, işdəki tapşırıqlar, narazılıqlar, üzərinə düşən vəzifələrin öhdəlikləri, evə pul qazanmaq qayğısı, ailədaxili münasibətlərə nəzər salsaq, görərik ki, insan sanki daşdır, dəmirdir bunlara dözür. Bizim hamımız gündəlik olaraq stress altındayıq. Kimi buna dözür, kimi dözmür. İnsanlar maksimum dərəcədə özünü stressdən qorumalı, idmanla məşğul olmalı, dietasına fikir verməlidir. Hər bir adam istər yaşlı olsun, istər cavan müəyyən profilaktik tədbirlər icra etməlidir. Əgər sağlam yaşamaq istəyirsənsə, ən azından bu qaydalara əməl etməlisən. Elə sadə əməliyyatlar var ki, onu insanlara məsləhət görürsən, amma öz sağlamlığına laqeyd yanaşır. Deyirsən hər gün 10 dəqiqə kürəyini masaj etdir, etdirmir.

 

Əgər bunu etsə, həm ömrü, həm də kişilik və qadınlıq qabiliyyəti 15 il müddətinə uzanacaq, bel-onurğa sütunun xəstəlikləri, radikulit və s. olmayacaq. Məsləhət görəndə “hə, hə” deyir gedirlər. Sağlamlığına, gigiyenasına fikir verib, ömrünü uzatmaq istəyən insanlar çox azdır. Səhər-səhər evdən çıxanda küçədə rastlaşdığın insanların hamısının əlində siqaret görürsən. Siqaretdə nə görmüsünüz? Siqaret ölümdür, zəhərdir. Adama nə qədər başa salırsan, başa düşmək istəmir. Günə 4-5 qutu siqaret çəkmək nə deməkdir axı, o haradan sağlam olacaq? Bilirsiniz təbabət profilaktik təbabətdir. Gələcəkdə həkimlər müalicə ilə yox, profilaktika ilə məşğul olacaqlar. O ölkədəki profilaktika üstünlük təşkil edir, o, qabaqcıl ölkədir. Bizdə həkimlər oturub gözləyir ki, xəstə nə vaxt gələcək, ona dərman yazacağam, pul qazanacağam. Amma elə etmək lazımdır ki, insanlar ümumiyyətlə xəstələnməsin. Təbabət ona xidmət etməlidir. Təəssüflər olsun ki, hələ də bu sahədə vəziyyət qənaətbəş deyil.

 

- Bayaq intiharlar məsələsinə toxundunuz. İnsanların depressiv halda olmasını intihara əsas səbəb kimi göstərdiniz. Amma çox kiçik-9-11 yaşlarında intihar edən uşaqları görürük. Bunlardamı depressiyaya düşürlər?

 

- Bilirsiniz, emosional həssaslığa, hissiyyatın zənginliyinə görə uşaqlar, yeniyetmələr, gənclər daha həssasdır. Ona görə də stress amilləri onlara güclü təsir edir. Yaşlı adam müqayisə edir, fikirləşir, götür-qoy edir, düzgün əqli nəticə çıxarır. Ancaq cavan adam o nəticəni asanlıqla çıxara bilmir. Onun yanında məsləhətçisi, böyüklük edəni yoxdursa, problemlə üz-üzə qalanda stress amilləri ona güclü təsir edir. Ani olaraq adamın düşüncəsi pozulur və intihara əl atır. Bir də son dövrlərdə çəkilən filmlər, seriallar insanların psixikasına mənfi təsir göstərir. Hansı kanalı açırsan, qan, əzab-əziyyət, vəhşilik, dava-qırğının təbliği gedir. Melodramalar, komediyalar, insanın əsəblərinə sakitləşdirici təsir edən filmlər çox azdır.

 

- Doğurdan da elə insanlar var ki, qəmgin bir musiqi, yaxud film əhvalına mənfi təsir göstərə bilir. Bu insanların depressiyaya meylli olduğunu demək olarmı, yoxsa bu da hansısa xəstəliyin başlanğıcıdır?

 

- Bilirsiniz zövqlər müxtəlifdir. Ailə, məktəb tərbiyəsinin, savadın, tutduğu vəzifənin dərəcəsi müxtəlifdir. Bunların hamısı insanın psixikasına hərtərəfli təsir göstərir. Ona görə dünyada nə qədər insan varsa, bir o qədər də xasiyyət olduğunu deyə bilərik. Nə qədər insan varsa, bir o qədər də xarici amillərə reaksiyalar var.

Son 10 ildə depressiyaların sayı 3-4 dəfə artıb. Əvvəllər manyakal hala düşənlər (psixi pozğunluq nəticəsində həddindən çox gülmək, şənlənmək) çox olardı. İndi xəstəlik nəticəsində deyib-gülənlər, çox danışan, şənlənənlərin sayı sıfıra enib. Ancaq depressiyalı xəstələrin sayı artıb. İnsanların depressiyaya düşməsində xarici amillərin təsiri daha çoxdur. Biz elə zəmanədə yaşayırıq ki, stressə məruz qalmayan insan yoxdur. İstəyir nazir olsun, istəyir deputat olsun, istəyir fəhlə, həkim, müəllim, tələbə olsun. Hamının gündəlik müəyyən dozada stress payı var. Ona görə ki, yaşayış mürəkkəbdir. Çətindir deyə bilmərəm, mürəkkəbdir. O mürəkkəblikdən baş açmaq, sahmana salmaq, yerbəyer eləmək də hər adamın işi deyil.

 

- Dediniz gündəlik olaraq hamının stress payı var. Bəs özünüz stress halı ilə qarşılaşanda vəziyyətdən necə çıxırsınız?

 

- Bilirsiniz, stressə düşən adamın yanında ağsaqqal, həkim, başı çıxan, ya da sadəcə anlayışlı biri olanda vəziyyət o qədər də qorxulu olmur. Amma bəzən həmin sirdaş yanında olmur. Bunun üçün bir çox ölkələrdə, o cümlədən də bizdə “inam telefonu” fəaliyyət göstərir. İnsan gərginliyə düşəndə həmin nömrələrə zəng etməklə psixoloq, psixiatr, psixoterapevtdən məsləhət alır. Çalışırıq ki, sutka boyu işləyən “inam telefonu” olsun ki, insanlar ehtiyac duyduğu vaxt o nömrəyə zəng edə bilsin.

 

Biz “inam telefonu”nu müəyyən sağlamlıq mərkəzlərində, kabinetlərdə  yaratmışıq. Amma “inam telefonu” müəyyən vaxtlarda işləyir. “İnam telefonu” elə olmalıdır ki, ora zəng edən insana dərhal cavab verilsin. Bunun üçün ştatlar ayrılmalıdır. Bu isə asan məsələ deyil. Təəssüf ki, hələ də bunu reallaşdıra bilməmişik.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19.03.2019, 16:27

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı
19.03.2019, 16:27

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular
19.03.2019, 16:20

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019, 16:19

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi
19.03.2019, 16:14

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi

Vasif Talıbov 7 nəfəri əfv etdi
19.03.2019, 16:07

Vasif Talıbov 7 nəfəri əfv etdi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu
19.03.2019, 16:07

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Binəqədidə Novruz şənliyi
19.03.2019, 15:51

Binəqədidə Novruz şənliyi

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”
19.03.2019, 15:41

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi
19.03.2019, 15:30

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi

Şəkinin su və kanalizasiya sistemi yenilənir - FOTOLAR
19.03.2019, 15:28

Şəkinin su və kanalizasiya sistemi yenilənir - FOTOLAR

Əli İnsanov Qərbə niyə təşəkkür etdi? - Deputat CAVABLANDIRDI - VİDEO
19.03.2019, 15:25

Əli İnsanov Qərbə niyə təşəkkür etdi? - Deputat CAVABLANDIRDI - VİDEO

Prezident tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq
19.03.2019, 15:08

Prezident tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI   
19.03.2019, 15:04

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI  

AQTA maarifləndirir - Bayramda necə qidalanmalı
19.03.2019, 15:04

AQTA maarifləndirir - Bayramda necə qidalanmalı

Alimlərdən Azərbaycanın elmi liderliyinə münasibət: “Bu, Təhsil Nazirliyinin Azərbaycana töhfəsidir”
19.03.2019, 15:00

Alimlərdən Azərbaycanın elmi liderliyinə münasibət: “Bu, Təhsil Nazirliyinin Azərbaycana töhfəsidir”

Xanım deputat hərbi hissədəki bayram tədbirində
19.03.2019, 14:55

Xanım deputat hərbi hissədəki bayram tədbirində

“Azərenerji” ilə “Azərişıq” da gücləndirilmiş rejimə keçdi   
19.03.2019, 14:45

“Azərenerji” ilə “Azərişıq” da gücləndirilmiş rejimə keçdi  

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi
19.03.2019, 14:27

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
19.03.2019, 14:10

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib
19.03.2019, 14:07

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO
19.03.2019, 14:05

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO

Qəbələdə heyvanlar müayinə olundu
19.03.2019, 14:04

Qəbələdə heyvanlar müayinə olundu

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb
19.03.2019, 13:59

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

ARXİV