Modern.az

Cocuq Mərcanlıda 47 şagird dərsə gedəcək  

Cocuq Mərcanlıda 47 şagird dərsə gedəcək   

Aktual

7 Sentyabr 2017, 11:30

“Sentyabrın 15-də Cocuq Mərcanlıda inşa olunmuş məktəbdə  47 şagird dərsə başlayacaq. Çünki hazırda 50 ailə məskunlaşıb. Oktyabrda isə 100 ailənin Cocuq-Mərcanlıya köçürülməsi gözlənilir. Güman ki, açılış da olacaq. Ona görə də şagirdlərin sayında artım olacaq”.

Bunu Modern.az-a açıqlamasında  Cəbrayıl rayon şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev deyib.
 

O bildirib ki, müəllimlər bütün fənlər üzrə bölünüb.

“Baxmayaraq ki, şagird sayımız azdır, amma məktəbdə bütün siniflərimiz var. Bütün fənləri tədris edəcək müəllimlərimiz də var. Çatışmayan fənn üzrə müəllim yoxdu. Bölgələrdən də müəllimlər məktəbimizdə dərs demək üçün müraciət ediblər”.

Direktor şagirdlərə pulsuz kitab və geyimlərin təqdim edildiyini də deyib.

“Dünən  Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  Yeni Azərbaycan Partiyasının Binəqədi şöbəsinin rəhbəri, Bakı Tikiş Evinin rəhbərliyi Cocuq-Mərcanlıda olublar. Şagirdlərə geyim və digər əşyalar pulsuz paylanılıb. Məktəb üçün surətçıxarma aparatı və digər ləvazimatları hədiyyə etdilər”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi