25 sentyabr 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Bəzi banklar ilin sonuna kimi ləğv oluna bilər  
Bəzi banklar ilin sonuna kimi ləğv oluna bilər  
07.09.2017, 13:43

Ölkədə bank sisteminin sağlamlaşdırılmasına start verilsə də, proses sona çatdırılmadı.

İqtisadçı Natiq Cəfərli Modern.az-a bunun səbəblərini açıqlayıb. O qeyd edib ki, bank sistemində problemlər dərinləşməkdə davam edir:

 

“Prosesin dayandırılması panikanın aradan qaldırmasına yönəlib”

 

“Rəsmi rəqəmlər də bunu sübut edir. Həm problemli kreditlərin həcmi artır, həm də ötən illə müqayisədə kreditləşmədə ciddi geriləmə var. Banklar iqtisadi aktivliyi xeyli dərəcədə zəiflədən bir amilə çevrilib. Çünki özlərinin vəziyyəti yaxşı deyil. Əgər rəsmi rəqəmlərə görə problemli kreditlərin həcmi 13-14 faizə yaxınlaşırsa və beynəlxalq qiymətləndirmədə 25-30 faiz civarında göstərilirsə, deməli bankların özlərinin vəziyyəti heç də yaxşı deyil. Sağlamlaşdırma prosesi sürətlə başlasa da, səngidi. Bəzi problemli bankların birləşdirilməsi, bəzilərinin bağlanması gündəmdədir. Sadəcə panika havası yaranmasın deyə proses səngidi. Çünki banklarla bağlı məlumatlar yayılanda insanların güvəni də sarsılmış və depozitlərini sürətlə geri çəkməyə başlamışdılar. Bu prosesi saxlamaq, panikanın yatırılması üçün bankların bağlanması və birləşdirilməsi dayandırıldı. Əslində isə proses sona çatmayıb. Mütləq bank sistemi sağlamlaşdırılmalıdır ki, iqtisadiyyat yenidən canlansın, banklar ayaqda durmağı bacarsın, daha ciddi strukturlara çevrilsinlər ki, prosesdə mühüm rol oynasınlar. Bank kreditləri, bankların iqtisadiyyatda iştirakı olmadan nə ticarətdə, nə istehsalda, nə yeni iş yerlərinin yaradılmasında biznesə dəstək vermək olur. Çünki biznesə uzunmüddətli və ucuz kreditlər lazımdır ki, yeni iş yerləri, istehsal sahələri yaradılsın. Hansı ki, Azərbaycan hökuməti məqsəd olaraq qarşısına qoyub. Amma indiki 20-25 faizə, ağır şərtlərlə verilən biznes kreditlərinə maraq azalıb. İqtisadi aktivlik aşağı olduğu üçün biznes kreditlərindən istifadə olunmur. İstehlak kreditlərində də eyni vəziyyətdir. Əhalinin çox böyük hissəsi kredit borcları altındadır. Son 25-30 faizlik istehlak kreditləri əhalinin qaldıra biləcəyi bir yük deyil. Sağlamlaşdırma proqramları sonuna qədər getməlidir. Çürük, problemləri yüksək olan banklar ya birləşdirilməli, ya da bağlanmalıdır ki, iqtisadiyyatda canlanma olsun. Bu fəaliyyətin təşkil olunmasında da Mərkəzi Bankın və hökumətin dəstəyi lazım olacaq. Banklar öz-özlüyündə düşdükləri vəziyyətdən çıxa bilməyəcəklər”.

 

"Üç maliyyə qurumu arasında fikir ayrılığı var"

 

Ekspertin sözlərinə görə, bank sistemində mövcud vəziyyəti stabilləşdirmək, maliyyə məsələlərini tənzimləmək üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilən etimadı doğrultmadı:

“Palatanın verdiyi qərarlar, xüsusilə də nağdsız hesablaşmalarla bağlı addımlar bank sistemində nəninki sadələşməyə, əksinə daha çətin bir durumun yaranmasına səbəb oldu. Obyektivlik naminə deməliyəm ki, bu, təkcə Palatadan asılı məsələ deyildi. Palata Mərkəzi Bank və hökumətlə birgə bankların sağlamlaşdırılması üçün ciddi plan hazırlamalı və tədqiqat həyata keçirməli idi. Təəssüf ki, Palatanın verdiyi qərarların əksəriyyəti əngəlləyici və vəziyyəti mürəkkəbləşdirməyə xidmət etdi. Bu da bank sistemində olan çətin vəziyyətin daha da çətinləşməsinə səbəb oldu. Ona görə də Mərkəzi Bank da, Maliyyə Bazarlarına Nəzarət Palatası da, Maliyyə Nazirliyi də bir-birini tamamlayıcı addımlar atmalıdır. Müxtəlif qurumlar tərəfindən verilən qərarlar effekt vermir. Çünki Mərkəzi Bankın qərarlarını Palata bəyənmir, Palatanın verdiyi qərarlar isə reallıqdan uzaq olduğu üçün həyata keçirilməsi mümkün olmur. Bütün bunlar isə iqtisadiyyata xeyirdən çox, ziyan gətirir. Ona görə də ciddi koordinasiyaya ehtiyac var. Hələlik görünən odur ki, hər üç tərəfin məsələyə fərdi baxışı var və birgəlik nümayiş etdirmək istəmirlər. Bunun da əziyyətini həm banklar, həm də əhali çəkir”.

 

“Palata məsləhətşmiş şəkildə qərar verəcək”

N.Cəfərli bankların sağlamlaşdırma prosesinin davam etdirilməsinin siyasi qərardan asılı olacağını bildirib:

“Palatanın məsləhətləşmiş şəkildə qərar verəcəyi gözlənilir. Əslində doğru olan odur ki, fəaliyyət göstərə bilməyən banklar bazardan çıxarılmalıdır. Ola bilər ki, ilin sonuna doğru biz belə addımların şahidi olacağıq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...
25.09.2017, 15:18

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
25.09.2017, 15:16

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib
25.09.2017, 15:14

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..   
25.09.2017, 15:08

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..  

İki erməni əsgər güllələnib
25.09.2017, 14:56

İki erməni əsgər güllələnib

Ermənistanda partlayış: yaralananlar var
25.09.2017, 14:49

Ermənistanda partlayış: yaralananlar var

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ    
25.09.2017, 14:44

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ  

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı
25.09.2017, 14:35

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 
25.09.2017, 14:28

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...
25.09.2017, 14:21

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi   
25.09.2017, 14:13

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi  

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu   
25.09.2017, 14:07

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu  

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər   
25.09.2017, 14:05

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər  

Yevlaxda güllələnmə...   
25.09.2017, 13:20

Yevlaxda güllələnmə...  

Qəbiristanlıqda oğurluq   
25.09.2017, 13:18

Qəbiristanlıqda oğurluq  

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA   
25.09.2017, 13:11

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA  

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT
25.09.2017, 13:08

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib   
25.09.2017, 13:07

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib  

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər
25.09.2017, 13:00

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?
25.09.2017, 12:52

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı   
25.09.2017, 12:32

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı  

Sabahın havası - yağış gözlənilir   
25.09.2017, 12:24

Sabahın havası - yağış gözlənilir  

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə
25.09.2017, 12:23

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU   
25.09.2017, 12:17

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU  

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi
25.09.2017, 12:04

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq
25.09.2017, 12:00

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir
25.09.2017, 11:55

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO
25.09.2017, 11:49

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 
25.09.2017, 11:46

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”   
25.09.2017, 11:43

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”  

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...    
25.09.2017, 11:39

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...  

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
25.09.2017, 11:19

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir   
25.09.2017, 11:14

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir  

İraq Kürdüstanı müstəqillik referendumuna başladı
25.09.2017, 10:55

İraq Kürdüstanı müstəqillik referendumuna başladı

Erməni deputatlar Bakını tərk etdilər   
25.09.2017, 10:55

Erməni deputatlar Bakını tərk etdilər  

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(64.2%)
“Qarabağ” qələbə qazanacaq(28.5%)
“Roma” qalib gələcək(7.14%)