Modern.az

Baş redaktor xəbər saytının fəaliyyətini dondurdu

Baş redaktor xəbər saytının fəaliyyətini dondurdu

7 Sentyabr 2017, 16:05

Rusdilli oxucular arasında kifayət qədər uğur qazanmış Azeri.Today saytı fəaliyyətini dayandırıb. Modern.az xəbər verir ki, tanınmış jurnalist Bəhram Batıyevin baş redaktoru olduğu xəbər saytı bununla bağlı oxucularına müraciət edib.

 

“Hörmətli, Azeri.Today oxucuları! 

Sizə böyük təəssüflə xəbər verir ki, saytımızn işini qeyri-müəyyən müddətə qədər dayandırmalı oluruq. Bu il ərzində Azeri.Today saytı oxucu auditoriyasını genişləndirməklə yanaşı, onların hörmətini qazana bilmişdi. Təəssüf ki, fəaliyyətimizi maliyyə probleminə görə dayandırmaq məcburiyyətində qalmışıq. Fəaliyyətdə olduğumuz il ərzində heç kəs bizə narazı zəng etməyib və redaksiya siyasətimizə qarışmayıb. Azeri.Today doğurdan da müstəqil KİV olub. Ona görə problem sırf maliyyə ilə bağlıdır. Yeni maliyyə mənbəyi tapsaq, mütləq oxucularımızı yeni materiallarala sevindirməkdə davam edəcəyik.

Sonda bütün oxucularımıza bu 1 il ərzində bizimlə olduqları üçün təşəkkür etmək istərdik”.


Bəhram Batıyev bundan əvvəl rusdilli haqqin.az, vesti.az saytlarında çalışıb. O, Azeri.Today saytını ötən ilin sentyabrında açmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər