Modern.az

Güclü külək Gürcüstana ciddi zərər vurdu

Güclü külək Gürcüstana ciddi zərər vurdu

Dünya

7 Sentyabr 2017, 20:29

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub.  Modern.az APA-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və  elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub.

 

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin axşam saatlarında daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

 

Küləyin sürətinin sentyabrın 8-dən etibarən tədricən azalacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir